Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına növbəti hüquqi yardım xidmətləri göstəriləcək
31 iyul, 2023
Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına növbəti hüquqi yardım xidmətləri göstəriləcək
Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına zəruri konsulluq və digər hüquqi yardımın göstərilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Məsələ üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və Türkiyə tərəfi ilə razılaşdırmaqla nümayəndə heyəti vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin oktyabr ayından etibarən İstanbul şəhərinə səfərlər edib.
Səfərlər çərçivəsində vətəndaşlarımızla müsahibələr, onlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğunda həyata keçirilir. Nəticədə layihə çərçivəsində indiyə qədər ümumilikdə 3827 nəfərin müraciəti cavablandırılıb, onlardan 2093 nəfərin pasport rəsmiləşdirilməsi üzrə, 459 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə sorğuları icraata yönəldililib. 283 konsulluq əməliyyatı (subaylıq arayışı, doğumun qeydə alınması, nikahın qeydə alınması, tərcümənin təsdiqi və atalığın müəyyən edilməsi) həyata keçirilib.
İşçi Qrupunun İstanbul şəhərinə növbəti səfərləri ilə bağlı elan Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkə hesablarında dərc olunacaq.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/turkiyede-yasayan-azerbaycan-vetendaslarina-novbeti-huquqi-yardim-xidmetleri-gosterilecek-3288
Vladimir Yakushev: Birleşik Rusya, temel sağlık modernizasyon programının uygulanması üzerinde daha fazla kontrol sağlayacak.
Владимир Якушев: «Единая Россия» обеспечит дальнейший контроль за реализацией программы модернизации первичного звена здравоохранения.
Cumhurbaşkanı Ersin Tatar, Kırgızistan'da Türk Devletleri Teşkilatı Devlet Başkanları Konseyi 11. Zirvesi'ne katılacak.
Владимир Якушев отметил опыт Новгородской «Единой России» по работе с партактивом и поддержке молодых политиков.
Olga Zanko: Ülkenin 2025 bütçe taslağı, STK'ları desteklemek için 419 milyar ruble ayırmayı planlıyor.
Ольга Занко: В проекте бюджета страны на 2025 год на поддержку НКО планируется направить 419…