Categories: BugünKÜLTÜR SANAT

Venesiya şəhərində Azərbaycan icması ilə görüş keçirilib

 

 

Venesiya şəhərində Azərbaycan icması ilə görüş keçirilib
, 2023

Venesiya şəhərində Azərbaycan icması ilə görüş keçirilib

İtaliyanın Venesiya şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib.

 

 

 

 

Venesiya, Milan və Bolonya şəhərlərdə yaşayan soydaşlarımızla görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev diaspor quruculuğunun təməlinin qoyulması, dünya azərbaycanlılarının mütəşəkkil qüvvə kimi bir araya gəlməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi, xaricdə yaşayan soydaşlarımıza böyük diqqət və qayğı göstərilməsi sahəsində Heydər Əliyevin misilsiz xidmətlərini, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Sonra xalqımızın ulu öndərinin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayişi olunub.

Komitənin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, “Heydər Əliyev ili”ndə gerçəkləşdirilən tədbirlər, Naxçıvanda keçiriləcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi barədə ətraflı məlumat verilib. Venesiya, Milan və Bolonya şəhərlərdəki diasporumuzun mövcud vəziyyətindən, Azərbaycan həqiqətlərinin bu şəhərlərin ictimaiyyətinə dolğun şəkildə çatdırılması yollarından danışılıb.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfirliyinin konsulu Tamerlan Qarayev soydaşlarımızı maraqlandıran məsələlərə aydınlıq gətirib.

Görüş fikir mübadiləsinin aparılması, təkliflərin səsləndirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/venesiya-seherinde-azerbaycan-icmasi-ile-gorus-kecirilib-2879

 

 

 

zline

Recent Posts

“Birleşik Rusya”, “Kadın Siyaset Okulu”nun yeni sezonunu başlattı

“Birleşik Rusya”, “Kadın Siyaset Okulu”nun yeni sezonunu başlattı 2024 Çevrimiçi eğitim oturumunun ilk aşamasına binden…

23 dakika ago

Heydər Əliyev adına Dünya Boks Komitəsi Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə üzv seçilib

Heydər Əliyev adına Dünya Boks Komitəsi Xarici Cəmiyyət və Təşkilatlar Birliyinə üzv seçilib 2024 Heydər…

2 saat ago

Ilya Massukh: Birleşik Rusya diğer partileri ön oylamayı kullanmaya motive ediyor

Ilya Massukh: Birleşik Rusya diğer partileri ön oylamayı kullanmaya motive ediyor 2024 Seçmenlerle doğrudan iletişim…

3 saat ago

“Birleşik Rusya” halk programına göre bu yıl İvanovo bölgesindeki 15 sağlık kurumunda büyük onarımlar başlayacak

“Birleşik Rusya” halk programına göre bu yıl İvanovo bölgesindeki 15 sağlık kurumunda büyük onarımlar başlayacak…

4 saat ago

Dijital Kalkınma Bakanlığı ve BT uzmanları: Birleşik Rusya’nın ön oylamaya yönelik dijital teknolojileri test edildi ve prosedüre hazır

Dijital Kalkınma Bakanlığı ve BT uzmanları: Birleşik Rusya’nın ön oylamaya yönelik dijital teknolojileri test edildi…

6 saat ago

Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub

Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olub 2024   Girnədə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı…

7 saat ago