Categories: BugünGÜNDEM

Volqoqrad və Stavropol şəhərlərində Heydər Əliyevin 100 illiyi qeyd edilib

 

 

Volqoqrad və Stavropol şəhərlərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
, 2023
Volqoqrad və Stavropol şəhərlərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
Rusiyanın Volqoqrad və Stavropol şəhərlərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib.

“Rus-Azərbaycan Birliyi” Volqoqrad regional ictimai təşkilatının, Millətlər və Kazaklarla İş üzrə Komitənin və “Dostluq Evi”nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin, Azərbaycan diasporunun və müxtəlif içmaların nümayəndələri iştirak ediblər. Qonaqlar arasında Azərbaycanın Qaradağ rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov və Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi olub.

Öncə Heydər Əliyevin “Volqoqrad-Bakı” dostluq parkındakı memorialı ziyarət edilib. Memorialın önünə əklil və gül dəstələri düzülüb, Azərbaycanın dahi şəxsiyyətinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Rus-Azərbaycan Birliyi” Volqoqrad regional ictimai təşkilatın sədr müavini Bəhram Naxmetov, Millətlər və Kazaklarla İş üzrə Komitənin Eduard Davıdovski və başqaları xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin gücləndirilməsi, Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində göstərdiyi müstəsna xidmətlərdən danışıblar.

Tədbirin bədii hissəsində Volqoqrad Dövlət Texniki Universitetinin tələbəsi, “Dostluq Evi”nin gənclər qanadının fəalı Türkan Fərəcovanın, “İverioni” “Qafqazın ritmləri” rəqs kollektivlərinin ifasında Azərbaycan xalq mahnıları və müxtəlif xalqların rəqsləri təqdim olunub. Azərbaycanın saz və zurna milli musiqi alətlərində ifa olunan mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Stavropol şəhərində keçirilən tədbirdə Stavropol regional azərbaycanlıların milli-mədəni mərkəzinin “Odlar Yurdu” diaspor təşkilatının rəhbəri Fəxrəddin Yarıyev xalqımızın böyük öndəri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Tədbirdə çıxış edən “Odlar Yurdu” diaspor təşkilatının Ağsaqqalar Şurasının sədri İsgəndər Tağıyev, Qadınlar Şurasının sədri Bəsti Mütəllimova, Gənclər Təşkilatının sədri Seymur Babayev və başqaları xalqımızın dahi şəxsiyyəti haqqında ürək sözlərini söyləyiblər.

 

 

 

Sonra Azərbaycan həftəsonu məktəbinin “Odlar Yurdu” rəqs qrupu konsert proqramını təqdim edib. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki, tədbirdə Nevinnomıssk şəhərindəki diaspor fəalları Arif Nağıyev, Müşviq Hüseynov, Qaraçay-Çərkəz Respublıkasındakı Azərbaycan diasporunun sədri İlham Əhmədov, Haqverdi Məmmədov və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/volqoqrad-ve-stavropol-seherlerinde-heyder-eliyevin-100-illiyi-qeyd-edilib-2943

 

 

zline

Recent Posts

İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib

İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib 2024,  …

52 dakika ago

İlham Aliyev, ABD Dışişleri Bakanı’nın Avrupa ve Avrasya işlerinden sorumlu yardımcısını kabul etti

İlham Aliyev, ABD Dışişleri Bakanı’nın Avrupa ve Avrasya işlerinden sorumlu yardımcısını kabul etti 2024  …

2 saat ago

“Birleşik Rusya Kadın Hareketi” Kemerovo’da cerrahlar için damar protezleri konusunda bir ustalık sınıfı düzenledi

“Birleşik Rusya Kadın Hareketi” Kemerovo’da cerrahlar için damar protezleri konusunda bir ustalık sınıfı düzenledi 2024…

11 saat ago

İRAN’IN ÖZGÜRLÜK BAYRAĞI TEBRİZLİLER’İN ELİNDE

İRAN’IN ÖZGÜRLÜK BAYRAĞI TEBRİZLİLER’İN ELİNDE Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı Güvenlik ve Dış Politikalar Kurulu üyesi Prof.…

11 saat ago

Uluslararası İlişkiler Uzmanı Okay Deprem, İran Cumhurbaşkanlığı seçimlerini değerlendirdi

Uluslararası İlişkiler Uzmanı Okay Deprem, İran Cumhurbaşkanlığı seçimlerini değerlendirdi “MESUD PERZEŞKİYAN’IN CUMHURBAŞKANI OLMASI BÖLGE İSTİKRARINA…

12 saat ago

Birleşik Rusya Hantı-Mansi Özerk Okrugu okul yaz kamplarının çalışmalarını kontrol etti

Birleşik Rusya Hantı-Mansi Özerk Okrugu okul yaz kamplarının çalışmalarını kontrol etti 2024 İzleme partinin “Sağlıklı…

12 saat ago