Categories: BugünSİYASET

YAP Sədrinin müavini ilə Türk Demokratik Partiyasının sədri arasında görüş keçirilib

 

 

Partiya xəbərləri

YAP Sədrinin müavini ilə Türk Demokratik Partiyasının sədri arasında görüş keçirilib

Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Demokratik Partiyasının dəvəti ilə Şimali Makedoniya Respublikasına səfər edib.

Səfər çərçivəsində YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya parlamentinin deputatı və Şimali Makedoniya – Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Beycan İlyas arasında görüş keçirilib.

Şimali Makedoniya Türk Demokratik Partiyasının Mərkəzi Qərargahında baş tutan görüşdə Beycan İlyas qarşılıqlı səfərlərin istər ölkələr, istərsə də siyasi partiyalar arasında münasibətlərin inkişafı baxımından önəmli olduğunu vurğulayıb. “Bu ilin may ayında Yeni Azərbaycan Partiyasının dəvəti ilə dost, qardaş Azərbaycana səfərimiz çərçivəsində səmərəli görüşlər keçirdik və qarşılıqlı faydalı əməkdaşlığın möhkəm əsaslarını yaratdıq”, – deyən Beycan İlyas YAP ilə Şimali Makedoniya Türk Demokratik Partiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin yerinə yetirilməsinin ikitərəfli əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. Partiya sədri cari ilin noyabr ayında Bakıda Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə, eyni zamanda, ICAPP-ın xüsusi konfransında iştirakını məmnunluqla xatırladıb, Türk Demokratik Partiyasının YAP ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyası ilə Türk Demokratik Partiyasının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Azərbaycan-Şimali Makedoniya münasibətlərinə mühüm töhfə olduğunu vurğulayıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan, işğal faktını aradan qaldıraraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan yeni geostrateji reallıqlar yaradıb və yeni mərhələdə dost, tərəfdaş ölkələrlə münasibətlərin inkişafı üçün ardıcıl addımlar atır. Azərbaycanın tarixi Zəfəri Türk dövlətləri üçün də yeni imkanlar və perspektivlər yaradıb. Yeni reallıqlar fonunda Türk dövlətlərinin ortaq hədəflərə yönəlik birgə təşəbbüsləri olduqca önəmlidir. Bu kontekstdə Türk dövlətlərinin siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi də vacibdir. Yeni Azərbaycan Partiyası ilə Türk Demokratik Partiyası bu reallıqları nəzərə alaraq dostluğa və qardaşlığa əsaslanan münasibətlərin inkişafı istiqamətində ardıcıl addımlar atırlar. “2022-ci il mayın 10-da Yeni Azərbaycan Partiyası və Şimali Makedoniya Türk Demokratik Partiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumu çoxşaxəli işbirliyinin əsas istiqamətlərini və prioritetlərini müəyyənləşdirən çox önəmli sənəddir. Qarşılıqlı səfərlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması və bir sıra digər addımlar isə partiyalararası münasibətlərə dinamizm gətirir”, – deyən YAP Sədrinin müavini tərəflərin siyasi iradələri əsasında Yeni Azərbaycan Partiyası ilə Türk Demokratik Partiyasının birlikdə mühüm nailiyyətlərə imza atacaqlarına inamını ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, YAP İdarə Heyətinin üzvü Musa Quliyev, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli daxildir.

 

 

 

 

kaynak:http://www.yap.org.az/az/view/news/70150/yap-sedrinin-muavini-ile-turk-demokratik-partiyasinin-sedri-arasinda-gorush-kechirilib

 

 

zline

Recent Posts

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.

12 saat ago

Tacikistan ile Almanya arasında siyasi istişareler

Tacikistan ile Almanya arasında siyasi istişareler 21.11.2024 ​ Öncesi Sonraki   https://x.com/MOFA_Tajikistan/status/1859590914232008813 21 Kasım 2024’te…

16 saat ago

Political сonsultations between Tajikistan and Germany

Political сonsultations between Tajikistan and Germany.

17 saat ago

Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor

Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.

19 saat ago

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.

23 saat ago

В ХМАО «Единая Россия» организовала для школьников экскурсию в центр социальной помощи

В ХМАО «Единая Россия» организовала для школьников экскурсию в центр социальной помощи.

1 gün ago