Yöteborq şəhərində Zəfərimizin ikinci ildönümü qeyd edilib
Yöteborq şəhərində Zəfərimizin ikinci ildönümü qeyd edilib
İsveçin Yöteborq şəhərində Azərbaycanın Qarabağda parlaq qələbəsinin ikinci ildönümü münasibətilə tədbir keçirilib.
“Azərbaycan Evi” birliyinin və “İsveç-Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Azərbaycan Evi” birliyinin və “İsveç-Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”nin rəhbəri Ülviyyə Nəcəfova soydaşlarımızı möhtəşəm bayram münasibətilə təbrik edib. Bir müddət əvvəl bir qrup nümayəndə heyəti ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfər etdiyini xatırladan Ü.Nəcəfova erməni vandalizminin dəhşət doğuran izlərini lentə aldığını, həmin foto, video və sair məlumatları İsveç cəmiyyəti ilə bölüşdüyünü, bundan sonra da bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini söyləyib.
Tədbirdə çıxış edən soydaşlarımız Azərbaycan xalqının və dünya azərbaycanlılarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı bu şanlı Qələbə ilə qürur duyduqlarını bildiriblər.
Tədbirin bədii hissəsində soydaşlarımızın və azərbaycanlı uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
kaynak:http://diaspor.gov.az/az/news-detail/yoteborq-seherinde-zeferimizin-ikinci-ildonumu-qeyd-edilib-1876