Categories: BugünDÜNYA

Aktaudakı Azərbaycan və Türkiyə diplomatları Azərbaycan Mərkəzini ziyarət ediblər

 

 

 

Aktaudakı Azərbaycan və Türkiyə diplomatları Azərbaycan Mərkəzini ziyarət ediblər
2023

Aktaudakı Azərbaycan və Türkiyə diplomatları Azərbaycan Mərkəzini ziyarət ediblər

Ölkəmizin Aktau şəhərindəki Baş Konsulluğunun rəhbəri v.i.e., konsul Elçin Məmmədov Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin nəzdindəki Azərbaycan Mərkəzini ziyarət edib.

Konsulu salamlayan universitetin Beynəlxalq münasibətlər və turizm kafedrasının baş müəllimi, Azərbaycan Mərkəzinin rəhbəri, diaspor fəalı İlkin Orucov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, Azərbaycanın dövlət və təhsil müəssisələri ilə birgə əməkdaşlıq əlaqələri barədə məlumat verib.

Yessenov Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşən diplomat onların qayğıları və fikirləri ilə maraqlanıb, sualları cavablandırıb.

Ziyarət çərçivəsində konsul universitetin prezidenti Berik Axmetovla da görüşüb.

Qeyd edək ki, bu günlərdə Azərbaycan Mərkəzinin fəaliyyəti ilə Türkiyənin Aktau şəhərindəki Baş konsulu Sabri Alptekin də maraqlanıb. Yessenov Universitetini ziyarəti çərçivəsində türkiyəli diplomat mərkəzdə yaradılmış şəraitlə tanış olub.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/aktaudaki-azerbaycan-ve-turkiye-diplomatlari-azerbaycan-merkezini-ziyaret-edibler-2195

 

 

zline

Recent Posts

Dünya Bankası Temsilcisi ile Toplantı

Dünya Bankası Temsilcisi ile Toplantı.

1 saat ago

Meeting with the UN Under-Secretary-General and Associate Administrator of the UNDP

Meeting with the UN Under-Secretary-General and Associate Administrator of the UNDP.

3 saat ago

BM Genel Sekreter Yardımcısı ve UNDP Başkan Yardımcısı ile Toplantı

BM Genel Sekreter Yardımcısı ve UNDP Başkan Yardımcısı ile Toplantı.

4 saat ago

Meeting with the UN Under-Secretary-General for Economic and Social Affairs

Meeting with the UN Under-Secretary-General for Economic and Social Affairs.

5 saat ago

BM Ekonomik ve Sosyal İşlerden Sorumlu Genel Sekreter Yardımcısı ile Toplantı

BM Ekonomik ve Sosyal İşlerden Sorumlu Genel Sekreter Yardımcısı ile Toplantı.

6 saat ago

Participation in a High-Level Side Event

Participation in a High-Level Side Event.

7 saat ago