Almatı şəhərində yaşayan soydaşlarımız Həmrəylik Günündə bir araya gəliblər
7 yanvar, 2024
Almatı şəhərində yaşayan soydaşlarımız Həmrəylik Günündə bir araya gəliblər
Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstrən “Ata Yurd – Nomad” Respublika İctimai Birliyinin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə soydaşlarımız, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Birlik sədri Süleyman Əhmədov tədbir iştirakçılarını salamlayıb və bayramlar münasibətilə təbrik edib. Tədbirdə çıxış edən diaspor fəalları və qonaqlar xoş arzularını çatdırıb, Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbir bayram konserti ilə davam edib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/almati-seherinde-yasayan-soydaslarimiz-hemreylik-gununde-bir-araya-gelibler-4042