Hyuston şəhərində Həmrəylik Günü bayram edilib
7 yanvar, 2024
Hyuston şəhərində Həmrəylik Günü bayram edilib
ABŞ-nin Hyuston şəhərində yaşayan Azərbaycan icmasının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib.
Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurası İdarə Heyətinin üzvü Samir Novruzov yola saldığımız ilin tarixi əhəmiyyətindən danışıb, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması, Həmrəylik Günü və Yeni il münasibətilə soydaşlarımızı təbrik edib, xoş arzularını bildirib.
Bədii hissədə Texasın “Nova Band” musiqi qrupu və müğənni Davud Əsgərlinin ifasında maraqlı konsert proqramı təqdim edilib.
Tədbir soydaşlarımızın görkəmli bəstəkar-müğənni Müslüm Moqamayevin məşhur “Azərbaycan” mahnısını Davud Əsgərli ilə birlikdə ifa etməsi ilə başa çatıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/hyuston-seherinde-hemreylik-gunu-bayram-edilib-4040