Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Yeni geosiyasi şəraitdə Azərbaycan dövlətinin rolu”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Yeni geosiyasi şəraitdə Azərbaycan dövlətinin rolu”, ÖZEL
REKLAM ALANI
10.09.2024
A+
A-

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Yeni geosiyasi şəraitdə Azərbaycan dövlətinin rolu”, ÖZEL

 

Millet vekili Meşhur Memmedov,

Son illər qlobal geosiyasi şəraitdə baş verən dəyişikliklər, regionlararası qarşıdurmalar və beynəlxalq münasibətlərin yenidən qurulması Azərbaycandan da yan keçməyib. Bu proseslər fonunda Azərbaycan yerləşdiyi strateji mövqe və həyata keçirdiyi enerji layihələri ilə Cənubi Qafqazın əsas söz sahiblərindən biri kimi ön plana çıxır.
Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu strateji əhəmiyyətə malik bir dövlət kimi yüksəlməkdə davam edir. Enerji resursları, nəqliyyat dəhlizləri və regional güc imkanları ölkənin qlobal arenada daha da nüfuzlu olmasını təmin edir. Azərbaycanın böyük regional və beynəlxalq oyunçularla münasibətdə balanslı siyasət yürütməsi onun gələcək geosiyasi uğurlarının əsasını təşkil edir. Bu siyasət və strategiyalar, ölkənin regionda sabitlik və inkişafın təminatçısı olma potensialını daha da artırır.
Müasir dövrdə ölkənin geosiyasi mövqeyini və beynəlxalq arenada oynadığı rolu daha yaxşı başa düşmək üçün bir neçə vacib faktoru nəzərdən keçirəndə görürük ki, Azərbaycanın enerji resursları, xüsusilə neft və təbii qaz ehtiyatları ölkənin geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biridir. Xəzər dənizi bölgəsində zəngin təbii sərvətlərə sahib olan Azərbaycan bu resursları dünya bazarına çıxaran əsas marşrutlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın Avropa və digər ölkələrlə enerji əməkdaşlığını gücləndirib. Qlobal enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol, xüsusilə Avropanın Rusiyadan enerji asılılığını azaltmaq istəyində olması fonunda çox mühüm əhəmiyyət kəsb edir.

 

Ölkəmiz Cənubi Qafqazın əsas siyasi-iqtisadi mərkəzidir. Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə lokal aniterror tədbirlərindən sonra öz ərazi bütövlüyünü bərpa edərək regionda hərbi-siyasi gücünü təsdiqlədi. İşğal altında olan ərazilərimizin böyük hissəsi 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə son nöqtə ötən ilin sentyabr ayında qoyuldu və Azərbaycanın suverenliyi bərqərar olundu.
Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, Cənubi Qafqazda sülhə nail olmaq üçün ciddi addımlar atılır. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Prezident İlham Əliyevin cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı bir daha göstərdi ki, İtaliya Azərbaycanın ən öndə gedən ticarət tərəfdaşıdır. Ötən il iki ölkənin ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın olub.
Uzun illərdir Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bu dövlətlər arasında müvafiq Bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Yüksək səviyyəli siyasi təmaslar Azərbaycan ilə İtaliyanın yaxın siyasi tərəfdaş olduğunu nümayiş etdirir.

 

Bu dövlətlər arasında ikitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss, Bolonya, Milan, Turin, Sapienza universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. İkitərəfli münasibətlər qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bizim münasibətlərimiz bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.
Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Bu həqiqətən onu nümayiş etdirir ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.
Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədlərin delimitasiya prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyası düzgün istiqamətdə atılan addımdır.
Qarabağ probleminin həlli nəticəsində Azərbaycan yalnız öz ərazilərini geri almadı, həm də regional və beynəlxalq arenada öz nüfuzunu daha da möhkəmləndirdi. Azərbaycan postmüharibə dövründə regionda davamlı sülh və sabitlik üçün səylərini artıraraq, yeni iqtisadi və logistika layihələri vasitəsilə Cənubi Qafqazın inkişafına töhfə verməyə davam edir.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe, ölkəni Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçısına çevirir. Çin və Avropa arasında ticarət marşrutlarında mühüm rol oynayan Azərbaycan, həm də Rusiya, İran və digər regional güclərlə nəqliyyat əlaqələrini gücləndirməkdə maraqlıdır. Bu dəhlizlər Azərbaycanın nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini artıraraq, ölkənin iqtisadi inkişafını dəstəkləyir və onun qlobal ticarət yollarında əsas oyunçu kimi mövqeyini gücləndirir.
Azərbaycanın geosiyasi əhəmiyyəti təkcə enerji və nəqliyyat layihələri ilə məhdudlaşmır. Ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal diplomatik fəaliyyət nümayiş etdirir, İslam Əməkdaşlıq Təşkilatı, BMT və Qoşulmama Hərəkatında fəal iştirak edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan bu platforma vasitəsilə öz mövqeyini qlobal səviyyədə inkişaf etdirib. Azərbaycanın regional və qlobal diplomatiyada fəal iştirak etməsi, onun sabit bir tərəfdaş kimi beynəlxalq ictimaiyyətdə mövqeyini möhkəmləndirir.

 

Ülker PİRİYEVA/AZERBAYCAN

, , , , , , ,

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.