Categories: BugünGÜNDEM

Britaniya parlamentinin önündə “Xocalıya ədalət!” tələb olunub

 

 

 

Britaniya parlamentinin önündə “Xocalıya ədalət!” tələb olunub
27 fevral, 2023
Britaniya parlamentinin önündə “Xocalıya ədalət!” tələb olunub
Böyük Britaniya parlamentinin qarşısında Xocalı soyqırımının 31-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində dinc aksiya keçirilib.

Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə keçirilən aksiyaya Azərbaycan diasporunun üzvləri və azərbaycanlı tələbələr qatılıblar.

Ermənistanın və erməni separatçılarının Azərbaycana qarşı törətdiyi amansız qətliamla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə təşkil olunmuş aksiyada dünya birliyi tərəfindən Xocalı soyqırımının tanınması və hərbi cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində əməli addımların atılması tələb edilib.

Aksiya zamanı Xocalı soyqırımı ilə bağlı məlumatların, “Xocalıya ədalət!”, “Xocalı soyqırımı. Biz heç vaxt unutmayacağıq!”, “Biz hamımız Xocalıdanıq!”, “Biz ədalət tələb edirik!”, “Müharibəyə daha yox, soyqırıma daha yox!”, “Yalnız sülh irəliyə doğru yoldur” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.

Aksiya zamanı Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Savaş Mərəndinin qızı Lujain Mərəndinin ifasında Xocalı qətliamı zamanı 10 yaşı olan Əfsanənin faciə ilə bağlı hekayəsi və Xocalıya ithaf edilmiş poema ingilis dilində səsləndirilib.

“Bizim məqsədimiz Ali Baş Komandanımızın rəhbərliyi altında Xocalıya qayıtmaqdır”, – deyə Londonda təhsil alan tələbə Kamal Əliyev bildirib.

Aksiya ilə maraqlanan londonlulara Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib və suallar cavablandırılıb.

Play

 

 

 

00:00
02:02
Mute

Settings
Enter fullscreen

Play
FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/britaniya-parlamentinin-onunde-xocaliya-edalet-teleb-olunub-2450

 

 

zline

Recent Posts

Nyu Yorkda İpək Yolu Festivalı keçirilib

Nyu Yorkda İpək Yolu Festivalı keçirilib , 2024 Nyu Yorkda İpək Yolu Festivalı keçirilib  …

25 dakika ago

В Ростовской области женский клуб «Единой России» провёл мастер-класс по изготовлению памятных сувениров для участников СВО

В Ростовской области женский клуб «Единой России» провёл мастер-класс по изготовлению памятных сувениров для участников…

2 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Doğu Akdeniz Üniversitesi’nin mezuniyet töreninde konuştu

Cumhurbaşkanı Ersin Tatar, Doğu Akdeniz Üniversitesi’nin mezuniyet töreninde konuştu 04.07.2024 “Başarılı olmak için zorluklara ve…

3 saat ago

Meetings of the Ambassador with the heads of Qatari companies

Meetings of the Ambassador with the heads of Qatari companies   2024,.jpg   https://x.com/MOFA_Tajikistan/status/1807314882401878402  …

12 saat ago

Büyükelçinin Katar şirketlerinin başkanlarıyla görüşmeleri

Büyükelçinin Katar şirketlerinin başkanlarıyla görüşmeleri   https://x.com/MOFA_Tajikistan/status/1807314882401878402     2024,jpg   https://x.com/MOFA_Tajikistan/status/1807314882401878402   26 Haziran…

14 saat ago

NAİF GLOBAL EXSPRES ULUSLARARASI TAŞIMACILIK PARSİYEL VE KARGO İLE DÜNYAYA AÇILIYOR

NAİF GLOBAL EXSPRES ULUSLARARASI TAŞIMACILIK PARSİYEL VE KARGO İLE DÜNYAYA AÇILIYOR Naif Global Exspres Uluslararası…

15 saat ago