Dərbənddə Həmrəylik Günü münasibətilə dəyirmi masa təşkil edilib
, 2024
Dərbənddə Həmrəylik Günü münasibətilə dəyirmi masa təşkil edilib
Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında gerçəkləşdirilib.
Dərbənd şəhərinin fəxri vətəndaşı Hüseynbala Hüseynovun moderatorluğu ilə aparılan tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru Qurban Qurbanov, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacaliyev, Dağıstan Respublikası İctimai Palatasının üzvü, Respublika başçısı yanında Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü Qəhrəman Aşurov, “Dərbənd şəhər” şəhər dairəsi məclisinin deputatı Vidadi Əsədov və başqaları çıxış ediblər. Onlar Həmrəylik Günü və Yeni il münasibətilə soydaşlarımızı təbrik ediblər.
Müasir Azərbaycan dövlətinin möhkəmlənməsində və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolunu xatırladan natiqlər qeyd ediblər ki, 31 Dekabr tarixi dünya azərbaycanlılarının birliyinin və mütəşəkkilliyinin, milli-mənəvi dəyərlərə hörmətin, Vətənə bağlılığın rəmzinə çevrilib. Soydaşlarımıza öz köklərini və azərbaycanlıların dünya mədəniyyətinə və tarixinə töhfələrini unutmamağa çağırış edilib. Azərbaycanlıların Dağıstan Respublikasının yerli əhalisi olduğu, respublikanın ictimai, iqtisadi və sosial həyatında fəal iştirak etdiyi, millətlərarası və konfessiyalararası sülhün və harmoniyanın qorunub saxlanmasına öz töhfələrini verdikləri vurğulanıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/derbendde-hemreylik-gunu-munasibetile-deyirmi-masa-teskil-edilib-4053