Categories: BugünKÜLTÜR SANAT

Əli Hüseynli: “Azərbaycan diasporu hazırda öz tarixinin ən güclü dövrünü yaşayır”

 

 

 

 

 

Əli Hüseynli: “Azərbaycan diasporu hazırda öz tarixinin ən güclü dövrünü yaşayır”

2023

 

 

 

 

 

Əli Hüseynli: “Azərbaycan diasporu hazırda öz tarixinin ən güclü dövrünü yaşayır”

“Azərbaycan diasporu hazırda öz tarixinin ən güclü dövrünü yaşayır”.

 

 

 

 

 

Bu fikri Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli Naxçıvanda keçirilən “Diaspor Gənclərinin IV Yay Düşərgəsi”nin rəsmi açılış mərasimində çıxışında səsləndirib.

 

 

 

 

 

O qeyd edib ki, Azərbaycan dövləti işğalçı Ermənistanı döyüş meydanında məğlub etdiyi kimi, diasporumuz da böyük imkanlara malik Ermənistan diasporuna beynəlxalq arenada qalib gəlib: “Biz bu üstünlüyü qoruyub saxlamalıyıq. Ona görə də diaspor sıralarında baş verən nəsil dəyişikliyinə adekvat cavab verməli, xarici ölkələrdə yaşayan gənclərimizin Azərbaycanla əlaqələrini indidən möhkəmləndirməliyik. Hesab edirəm ki, Diaspor Gənclərinin Yay düşərgələri kimi layihələrin diasporun fəaliyyətində, təşkilatlanmasında və ana vətənlə əlaqələrin qurulmasında müstəsna əhəmiyyəti var”.

 

 

 

 

 

Birinci vitse-spiker Prezident İlham Əliyev kimi Ali Baş Komandanı olan müasir Azərbaycan gəncliyinin xoşbəxt olduğunu bildirib: “Təəssüf ki, 1980-ci illərin sonunda Qarabağ münaqişəsi başlayanda böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev hakimiyyətdə deyildi. Amma indiki gənclik xoşbəxtdir ki, onun İlham Əliyev kimi Ali Baş Komandanı var. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Qarabağı işğaldan azad edən gənclik məhz onun hakimiyyəti dövründə yetişib. Çünki dövlət başçımız bu gəncliyi vətənpərvərlik ruhunda tərbiyə etdi, onu döyüşə hazırladı. İnanıram ki, bu gənclik Naxçıvanı Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi və Türk Dünyası ilə də birləşdirəcək”.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/eli-huseynli-azerbaycan-diasporu-hazirda-oz-tarixinin-en-guclu-dovrunu-yasayir-3327

 

 

zline

Recent Posts

ABDULLAH YİĞİT `TEN 19 MAYIS MESAJI

1453 Kral Medya Yayın Grubu Yönetim Kurulu Başkanı Kral Gazeteci Abdullah Yiğit, 19 Mayıs Atatürk’ü…

5 saat ago

AV. OSMAN EYYÜPOĞLU `NDAN 19 MAYIS MESAJI

Şanlıurfa’nın Tanınmış Simalarından Olan Şanlıurfa Barosu `na Kayıtlı Avukat Osman Eyyüpoğlu, 19 Mayıs Atatürk’ü Anma,…

6 saat ago

Çin Dışişleri Bakanı Tacikistan’a geldi

Çin Dışişleri Bakanı Tacikistan’a geldi 18.05.2024 Öncesi Sonraki   The Minister of Foreign Affairs of…

7 saat ago

AK PARTİ BİRECİK İLÇE BAŞKANI HALİL YAVUZ `DAN 19 MAYIS MESAJI

AK Parti Birecik İlçe Başkanı Bağımsız Denetçi Mali Müşavir Halil Yavuz, 19 Mayıs Atatürk’ü Anma,…

7 saat ago

The Minister of Foreign Affairs of China arrived in Tajikistan

The Minister of Foreign Affairs of China arrived in Tajikistan 18.05.2024 Previous Next   The…

9 saat ago

Rusiyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Rusiyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib , 2024   Rusiyada…

10 saat ago