Categories: BugünGÜNDEM

Fuad Nəcəfli: “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə diqqət yetirdikdə, bütün cəmiyyət üzvləri fikirləşir ki, nə yaxşı Azərbaycan xalqı məhz onun siyasi xəttini dəstəkləyib”

 

 

 

 

 

Fuad Nəcəfli: “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə diqqət yetirdikdə, bütün cəmiyyət üzvləri fikirləşir ki, nə yaxşı Azərbaycan xalqı məhz onun siyasi xəttini dəstəkləyib”
14 avqust, 2023

 

 

 

 

 

Fuad Nəcəfli: “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə diqqət yetirdikdə, bütün cəmiyyət üzvləri fikirləşir ki, nə yaxşı Azərbaycan xalqı məhz onun siyasi xəttini dəstəkləyib”
“Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə diqqət yetirdikdə, gənclər, həmçinin bütün cəmiyyət üzvləri fikirləşir ki, nə yaxşı Azərbaycan xalqı məhz onun siyasi xəttini dəstəkləyib”.

 

 

 

 

Bu sözləri Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

 

 

 

 

O qeyd edib ki, bu gün dahi öndərin siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir: “Aparılan 30 illik siyasət göstərdi ki, biz lazım gəldikdə, haqq və hüquqlarımızı qorumağa qadir xalqıq. Ölkəmiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və təşkilatçılığı ilə milli irs və abidələrimizlə yanaşı, dünyəvi abidələrin qorunması işində də fəal iştirak edir. Bu, bizə müxtəlif platformalarda obyektivlik baxımından çıxış etməyə geniş inkanlar yaradır”.

 

 

 

 

F.Nəcəfli bildirib ki, bu gün regionların inkişafı üçün dövlət proqramları təsdiq olunur, əhalinin maddi rifahının yaxşılaşdırılması üçün addımlar atılır: “Ölkə başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” da bu istiqamətdə görülən işlərdəndir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış Zəngəzur dəhlizi reallığı Naxçıvan üçün böyük üfüqlər açır. Bu, Naxçıvanı gələcəkdə nəqliyyat-logistika mərkəzinə çevirəcək”.

 

 

 

 

 

Prezidentin səlahiyyətli nümayəndəsi həm Azərbaycan Respublikasında yaşayan gənclərin, həm diaspor fəaliyyəti göstərən təşkilatların, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan gənclərin və vətəndaşlarımızın qarşısına ölkə başçısı tərəfindən qoyulmuş tapşırıqların yerinə yetirilməsində uğurlar arzulayıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/fuad-necefli-umummilli-lider-heyder-eliyevin-heyat-ve-fealiyyetine-diqqet-yetirdikde-butun-cemiyyet-uzvleri-fikirlesir-ki-ne-yaxsi-azerbaycan-xalqi-mehz-onun-siyasi-xettini-destekleyib-3328

zline

Recent Posts

Meeting with the Chairman of the Tajikistan-Saudi Arabia Interparliamentary Friendship Group

Meeting with the Chairman of the Tajikistan-Saudi Arabia Interparliamentary Friendship Group .2024   https://x.com/MOFA_Tajikistan/status/1807321313935028461 Previous…

18 dakika ago

Tacikistan-Suudi Arabistan Parlamentolararası Dostluk Grubu Başkanı ile Toplantı

Tacikistan-Suudi Arabistan Parlamentolararası Dostluk Grubu Başkanı ile Toplantı .2024   https://x.com/MOFA_Tajikistan/status/1807321313935028461   Öncesi Sonraki https://x.com/MOFA_Tajikistan/status/1807321313935028461…

1 saat ago

«Единая Россия» выдвинула Алексея Смирнова кандидатом на выборах губернатора Курской области

«Единая Россия» выдвинула Алексея Смирнова кандидатом на выборах губернатора Курской области 2024, Его поддержали делегаты…

3 saat ago

Birleşik Rusya, Alexey Smirnov’u Kursk bölgesi valisi seçimine aday gösterdi

Birleşik Rusya, Alexey Smirnov’u Kursk bölgesi valisi seçimine aday gösterdi 2024 Bölgesel parti konferansının delegeleri…

4 saat ago

Celebration of National Unity Day in Qatar

Celebration of National Unity Day in Qatar .2024 Previous Next   https://x.com/MOFA_Tajikistan/status/1807322152741261561     On…

6 saat ago

Katar’da Ulusal Birlik Günü kutlandı

Katar’da Ulusal Birlik Günü kutlandı 2024 Öncesi Sonraki   https://x.com/MOFA_Tajikistan/status/1807322152741261561     28 Haziran 2024…

7 saat ago