Categories: BugünGÜNDEM

Fransalı qonaqlar Şuşa şəhərinə səfər ediblər

 

 

 

 

Fransalı qonaqlar Şuşa şəhərinə səfər ediblər
2023
Fransanın Qurji-lö-Şato kommunasının meri Lu Bomiye və “Danser” jurnalının baş redaktoru Mişel Oden ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

Fransalı qonaqlar Şuşa şəhərinə səfər ediblər

Səfər Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Şuşa ilə qonaqların tanışlığı Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün güllələnmiş heykəllərinin yerləşdiyi mərkəzi meydandan başlayıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara mədəniyyət paytaxtımız və güllələnmiş heykəllər barədə məlumat verib. Bildirilib ki, işğal illərində ermənilər heykəlləri Ermənistana apararaq əridib satmaq istəyiblər. Bu xəbər Bakıya çatan kimi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər alınaraq Azərbaycana gətirilib. O zamandan Bakıdakı İncəsənət Muzeyinin həyətində saxlanılan abidələr Şuşa işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin tapşırığı ilə əvvəlki yerlərinə qaytarılıb.

Sonra Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Üzeyir Hacıbəyovun heykəlini, Şuşa qala divarlarını və Gəncə qapısını, Bülbülün ev-muzeyini ziyarət edən qonaqlar Yuxarı Gövhər Ağa məscidində olublar. Onlara Şuşa şəhərinin və qalasının tarixi, Şuşa qalasının Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edildiyi, qalanın uzun müddət şəhəri xarici müdaxilələrdən qoruduğu, alınmazlıq rəmzinə çevrildiyi, işğal dönəmində qala divarlarının və mədəniyyət abidələrimizin ermənilər tərəfindən vandalizmə məruz qaldığı, qədim artefaktlarımızın saxtalaşdırılması, Şuşa işğaldan azad edildikdən sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verildiyi nəzərə çatdırılıb.

 

 

 

Səfərin sonunda Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr edən qonaqlar Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Qeyd edək ki, qonaqları Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva müşayiət edib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/fransali-qonaqlar-susa-seherine-sefer-edibler-2989

 

 

zline

Recent Posts

Kazakistan Cumhurbaşkanı Türk Devletleri Teşkilatı’nın gayrı resmi zirvesine katıldı

Olaylar Uluslararası topluluk Kazakistan Cumhurbaşkanı Türk Devletleri Teşkilatı’nın gayrı resmi zirvesine katıldı 2024 Şuşa, Azerbaycan…

55 dakika ago

Президент Қасым-Жомарт Тоқаев Түркі мемлекеттері ұйымының бейресми саммитіне қатысты

Жаңалықтар Халықаралық қоғамдастық Президент Қасым-Жомарт Тоқаев Түркі мемлекеттері ұйымының бейресми саммитіне қатысты 2024 жылғы Әзербайжан,…

3 saat ago

Türk Devletleri Teşkilatı İlham Aliyev adına devlet ve hükümet başkanları onuruna akşam yemeği düzenledi

Türk Devletleri Teşkilatı İlham Aliyev adına devlet ve hükümet başkanları onuruna akşam yemeği düzenledi 2024,…

3 saat ago

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb 2024,   https://x.com/YAP_1992/status/1809553581013430636…

5 saat ago

Karabağ Deklarasyonu, Türk Devletleri Teşkilatı devlet başkanlarının Şuşa’daki resmi olmayan zirve toplantısında imzalandı.

Karabağ Deklarasyonu, Türk Devletleri Teşkilatı devlet başkanlarının Şuşa’daki resmi olmayan zirve toplantısında imzalandı. 2024,  …

6 saat ago

Kuveyt Fonu Genel Müdürü ile görüşme

Kuveyt Fonu Genel Müdürü ile görüşme 2024 .jpg   https://x.com/MOFA_Tajikistan/status/1808775722967716265     3 Temmuz 2024…

14 saat ago