Categories: BugünGÜNDEM

Gənc soydaşlarımız Şimali Kiprdə keçirilən beynəlxalq tədbirə qatılıblar

 

 

 

Gənc soydaşlarımız Şimali Kiprdə keçirilən beynəlxalq tədbirə qatılıblar

, 2023

Gənc soydaşlarımız Şimali Kiprdə keçirilən beynəlxalq tədbirə qatılıblar

Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetində keçirilən “İnternational Night” (“Beynəlxalq Gecə”) tədbirində Azərbaycan da təmsil olunub.

 

 

 

 

 

21 ölkəni təmsil edən tələbə birliklərinin qatıldıqları tədbirdə Azərbaycan Tələbə Birliyinin təşkilatçılığı ilə Azərbaycan guşəsi yaradılıb. Burada xalqımızın zəngin mədəniyyətini və milli mətbəxini əks etdirən nümunələr nümayiş etdirilib. Birlik fəalları ölkəmizlə maraqlanan tədbir iştirakçılarına xalqımızın tarixi, mədəni irsi və turizm imkanları barədə ətraflı məlumat verib, ziyarətçiləri milli mətbəx təamlarına qonaq ediblər.

 

 

 

 

Rauf Denktaş adına Kültür və Konqres Sarayında baş tutan açılış mərasimində gənc soydaşlarımızın çıxışı birliyin prezidenti Əhməd Həsənli və vise-prezidenti Mədinə Bağırova tərəfindən Azərbaycan bayrağının təntənəli şəkildə salona gətirilməsi ilə başlayıb. Sonra birliyin üzvləri Nəzrin Həsənovanın, Xanım Hümbətova, Dilarə Allahverdiyeva, Şəms Tanrıverdi və İsmayıl Əliyevin ifalarında “Yüz biri” və “Yallı” milli rəqsləri təqdim olunub. Birliyin üzvü Nurin Qasımov “stand-up” səhnəciyi ilə “lnternational Night” tədbirinin səhnə performanslarına yekun vurulub. Azərbaycanlı gənclərin çıxışı böyük coşğu ilə qarşılanıb.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasının yeganə dövlət universiteti olan Doğu Akdeniz Universiteti 1979-cu ildən fəaliyyət göstərir.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/genc-soydaslarimiz-simali-kiprde-kecirilen-beynelxalq-tedbire-qatiliblar-3000

 

 

zline

Recent Posts

В Тверской области активисты «Единой России» поздравили воспитателей и учителей с профессиональным праздником

В Тверской области активисты «Единой России» поздравили воспитателей и учителей с профессиональным праздником.

2 saat ago

Cumhurbaşkanlığında üst düzey toplantı

Cumhurbaşkanlığında üst düzey toplantı.

2 saat ago

В Ростовской области при поддержке «Единой России» подвели итоги регионального этапа конкурса «Лучшая школьная столовая – 2024»

В Ростовской области при поддержке «Единой России» подвели итоги регионального этапа конкурса «Лучшая школьная столовая…

4 saat ago

Pekində Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib

Pekində Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib.

4 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Yüksek Yönetim Denetçisi (Ombudsman) İlkan Varol’u kabul ederek görüştü.

Cumhurbaşkanı Ersin Tatar, Yüksek Yönetim Denetçisi (Ombudsman) İlkan Varol’u kabul ederek görüştü..

6 saat ago

Andrey Turchak Altay Cumhuriyeti’nin başına geçti

Andrey Turchak Altay Cumhuriyeti'nin başına geçti.

16 saat ago