Categories: BugünKÜLTÜR SANAT

Giresunda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

Giresunda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
, 2023

 

 

 

Giresunda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Türkiyənin Giresun şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, türk dünyasının görkəmli dövlət xadimlərindən biri olan Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Giresun Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə yerli hakimiyyət rəsmiləri, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri, Giresun Universitetinin müəllim-tələbə heyəti və soydaşlarımız iştirak ediblər.

Öncə Giresun şəhərinin mərkəzində “Heydər Əliyev Uşaq Parkı”nın rəsmi açılış mərasimi keçirilib.

Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbir iştirakçılarını salamlayan Giresun Azərbaycanlılar Dərnəyinin sədri Elgün Məmmədov bu parkın açılışının Azərbaycan-Türkiyə qardaşlığının saysız-hesabsız nümunələrindən biri kimi tarixə düşəcəyini bildirib, parkın salınmasına görə Giresun bələdiyyə sədri Aytəkin Şənlikoğluna və əməyi keçənlərə minnətdarlığını ifadə edib. “Yüzüncü yubileyində mərhum liderimiz Heydər Əliyevin xatirəsini hörmət və rəhmətlə yad edirik”, – deyə dərnək sədri söyləyib.

 

 

 

 

Giresun valisinin müavini Ünal Koç şəhərdə Heydər Əliyevin adını daşıyacaq parkın salınmasının və 100 illik yubileyinin qeyd olunmasının yerli ictimaiyyət tərəfindən məmnunluqla qarşılandığını bildirib: “Buradakı qardaşlarımız özlərini öz vətənlərində imiş kimi hiss etsinlər. Hamımız qardaşıq, hamınızı sevgi və sayğı ilə salamlayıram”.

 

 

 

Mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev xatırladıb ki, bu il həm dahi şəxsiyyət Heydər Əliyevin, həm də Türkiyə Cumhuriyyətinin 100 illiyi kimi iki əlamətdar tarix qeyd edilir. “Heydər Əliyevin təbirincə desək, biz “bir millət iki dövlət” olaraq əbədiyyən yaşayacağıq, türkün gücünü, birliyini bütün dünyaya göstərəcəyik. Heydər Əliyevin adını daşıyan parkın yaradılmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Belə addımlar Türkiyə, Azərbaycan və digər türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırır. Biz milli ənənələrimizi yaşatmalıyıq və yaşatmağa borcluyuq. Çünkü keçmişini yaşatmayan gələcəyini qura bilməz. Biz dahi şəxsiyyətlərimizi xatırlatmadan dahilər yetişdirə bilmərik”, – deyə Komitə sədrinin birinci müavini söyləyib.

 

 

 

Azərbaycan mahnıları ilə böyüdüklərini vurğulayan millət vəkili Nazım Elmas bildirib ki, Giresunda belə parkın olması rəmzidir: “Bütün Türkiyə Azərbaycan, bütün Azərbaycan Türkiyə deməkdir, biz buna inanırıq. Bu qardaşlığın davam etməsi və yeni dönəmdə, özəlliklə Türkiyə yüzilliyində Azərbaycan-Türkiyə dostluğunun daha da möhkəmləndirilməsi prosesi sürətlənəcək. Türk dünyasına uzanan böyük çinarın kölgəsində birlikdə olacağımız günlər önümüzdədir. Qardaşlığımızın Giresundan bütün Türkiyəyə və bütün Azərbaycana çatacağına inanırıq. Bu vəsilə ilə bu tədbiri düzənləyən Azərbaycan dərnəyi sədrinə təşəkkür edirəm”.

 

 

 

Heydər Əliyevə həsr olunmuş tədbir iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca Diasporla İş üzrə Dövlət Komitəsinin böyük öndər Heydər Əliyevə həsr etdiyi sənədli film nümayiş etdirilib.

 

 

 

Tədbirdə çıxış edənlər ölkəmizin və türk dünyasının qüdrətli liderlərindən biri olan Heydər Əliyevin Azərbaycan xalqının tarixində və taleyində oynadığı mühüm roldan danışıblar, türk dövlətləri arasında iqtisadi, sosial, ictimai-siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, intensivləşdirilməsi istiqamətindəki xidmətlərinə nəzər salıblar.

Sonra azərbaycanlı sənətçi Aygün Akbabanın ifasında konsert proqramı təqdim olunub.

 

 

 

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/giresunda-heyder-eliyevin-100-illik-yubileyi-qeyd-edilib-3081

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, Kırgızistan’da Türk Devletleri Teşkilatı Devlet Başkanları Konseyi 11. Zirvesi’ne katılacak

Cumhurbaşkanı Ersin Tatar, Kırgızistan'da Türk Devletleri Teşkilatı Devlet Başkanları Konseyi 11. Zirvesi'ne katılacak.

7 saat ago

Владимир Якушев отметил опыт Новгородской «Единой России» по работе с партактивом и поддержке молодых политиков

Владимир Якушев отметил опыт Новгородской «Единой России» по работе с партактивом и поддержке молодых политиков.

8 saat ago

Olga Zanko: Ülkenin 2025 bütçe taslağı, STK’ları desteklemek için 419 milyar ruble ayırmayı planlıyor

Olga Zanko: Ülkenin 2025 bütçe taslağı, STK'ları desteklemek için 419 milyar ruble ayırmayı planlıyor.

9 saat ago

Ольга Занко: В проекте бюджета страны на 2025 год на поддержку НКО планируется направить 419 миллиардов рублей

Ольга Занко: В проекте бюджета страны на 2025 год на поддержку НКО планируется направить 419…

11 saat ago

EYLÜL YÜCEL’DEN YENİ SİNGLE ”YAŞATTIĞINI YAŞA”

EYLÜL YÜCEL'DEN YENİ SİNGLE ''YAŞATTIĞINI YAŞA'' Yıllardır sahnelerin sevilen ismi güzel sanatçı Eylül YÜCEL, yeni…

12 saat ago

Birleşik Rusya bütçenin ikinci okumasında değişiklikler yaptı

Birleşik Rusya bütçenin ikinci okumasında değişiklikler yaptı.

12 saat ago