İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysi daxildir.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair geniş müzakirələr aparıldı. Həmçinin bu il Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunduğu vurğulandı. Bu müddət ərzində ölkələrimiz arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu, xüsusilə enerji sahəsində sıx əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparıldı, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edildi. Prezident İlham Əliyev bildirdi ki, sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır.

Dövlətimizin başçısı 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın ərazilərimizdə törətdiyi dağıntıları, maddi-mədəniyyət abidələrimizin, 60-dan çox məscidin dağıdıldığını və onlardan tövlə kimi istifadə olunduğunu qeyd etdi. İşğal dövründə ərazilərimizdə Ermənistan tərəfindən çox sayda minaların basdırıldığını deyən Prezident İlham Əliyev hazırda Azərbaycanın üzləşdiyi mina problemini vurğuladı, bu xüsusda ABŞ-ın dəstəyinin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı dövlətimizin başçısı Birinci Qarabağ müharibəsindən etibarən 4 mindən çox soydaşımızın itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını bildirdi, həmin məzarlıqların yerləri haqqında Ermənistan tərəfindən məlumatın verilməsinin vacibliyini vurğuladı və bununla əlaqədar ABŞ hökumətinin dəstəyinin zəruriliyini qeyd etdi.

Görüşdə regionda davamlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Böyük ölçüdə şəkillər

kaynak:https://president.az/az/articles/view/55903

zline

Recent Posts

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir.

2 dakika ago

«Единая Россия» дала старт международной акции «Люди Артека»-2025

«Единая Россия» дала старт международной акции «Люди Артека»-2025.

2 saat ago

Millət vəkili Məşhur Məmmədov, “Böyük tarixi Qələbə və Milli birliyin simvolu”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov, “Böyük tarixi Qələbə və Milli birliyin simvolu”, ÖZEL.

3 saat ago

The meeting of the Deputy Minister with the Ambassador of Saudi Arabia

The meeting of the Deputy Minister with the Ambassador of Saudi Arabia.

5 saat ago

Marneulidə Zəfər Günü münasibətilə cüdo turniri təşkil olunub

Marneulidə Zəfər Günü münasibətilə cüdo turniri təşkil olunub.

6 saat ago

“Birleşik Rusya” 15 Kasım’da “Artek Halkı” uluslararası eylemini başlatacak

"Birleşik Rusya" 15 Kasım'da "Artek Halkı" uluslararası eylemini başlatacak.

7 saat ago