Categories: BugünKÜLTÜR SANAT

İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü keçirilib

 

 

 

İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü keçirilib

2022

İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü keçirilib

Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlərin Forumuna hazırlıq görüşü (Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü) keçirilib.

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşün əhəmiyyətinə diqqəti cəlb edib və Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlı alimlərin qüvvələrinin birləşdirilməsi ilə bağlı tövsiyəsini xatırladıb. Bildirib ki, məhz həmin tövsiyədən sonra xaricdə yaşayan azərbaycanlı alimlərin görüşlərinin keçirilməsi, onların potensialının Azərbaycanın xeyrinə istifadə olunması yolları ilə bağlı müzakirələr aparılıb. “Böyük hədəflər müəyyənləşdirilib. Bugünkü tədbirdə həmin hədəflərə bütün təfərrüatı ilə aydınlıq gətiriləcək. Dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin çatdırılması, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz haqları uğrunda mübarizəsinə digər ölkələrdə yaşayan həmvətənlərimiz, xüsusilə elm xadimləri öz töhfələrini verməlidirlər. Bu mənada sizin təşkilatlanmağınız və fəaliyyətinizi koordinasiya etməyiniz xüsusi əhəmiyyət kəsb edir”, – deyə Komitə sədri nəzərə çatdırıb.

14 ölkədən (Türkiyə, ABŞ, Fransa, Kanada, Almaniya, Avstriya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Gürcüstan, Cənubi Koreya, Estoniya, İsveç, Misir) 20 alimin iştirak etdiyi tədbirə dörd ölkədən (Çin, Yaponiya, Oman və Səudiyyə Ərəbistanı) azərbaycanlı elm adamı onlayn formatda qoşulub.

Ölkəmizin Zəfər Gününə həsr olunmuş videoçarxın nümayiş olunmasından sonra tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə alimləri salamlayıb və görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyə Elmlər Akademiyası Şurasının üzvü, Sabahattin Zaim Universitetinin rektoru Prof.Dr. Ahmet Cevat Acar dünyadakı türk və azərbaycanlı həkimlərin ortaq çalışmalarının əhəmiyyətindən və bu gün daha vacib olmasından danışıb.

Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin rəhbəri Ülkər Səttarova beynəlxalq elmi layihələrin Azərbaycana gətirilməsi və gənc alimlərin formalaşdırılması işinə bugünkü toplantının töhfə verəcəyinə əminliyini ifadə edib.

Münhendəki Helmholtz Mərkəzinin (Hesablama Biologiyası İnstitutu) professoru, Humboldt mükaftı alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev görüşün əhəmiyyətindən danışmaqla yanaşı, Nobel mükafatı laureatı, Cənubi Kaliforniya Universitetinin Dana və Devid Dornsayf kimya kafedrasının müdiri, Amerika və İsrailin tanınmış alimi Arye Varşelin (Arieh Warshel) tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Arye Varşel İstanbul toplantısı iştirakçılarına uğurlar arzulayıb, gələn il keçirilməsi nəzərdə tutulan xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun keçirilməsini vacib təşəbbüs adlandırıb və Dünya Azərbaycanlı Alimlərin Forumuna dəvəti qəbul etdiyini bildirib.

Kanadanın Ontario ştatının Vaterloo Universitetinin sabiq prezidenti, mexanika mühndisliyi üzrə professor Ferudin Həmdullahpur “Sürətlə dəyişən dünyamızda Elm/sənət-Cəmiyyət-İqtisadiyyat Üçbucağı: ali təhsilin yeri və rolu” mövzusu üzrə təqdimatla çıxış edib.

Tədbirdə konsepsiyaya uyğun olaraq görüşün məqsədləri nəzərdən keçirilib, iştirakçıların rəy və təklifləri dinlənilib, əsas müzakirə mövzularının və formatının müəyyənləşdirilməsi üzrə İşçi qrupları formalaşdırılıb.

Dünya Azərbaycanlı Alimlərin Forumunun keçiriləcəyi ölkənin və məqsədəuyğun vaxtın seçilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/istanbulda-dunya-azerbaycanli-elm-xadimlerinin-gorusu-kecirilib-2046

 

 

 

zline

Recent Posts

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub , 2024 ABŞ və…

6 dakika ago

AVUKATTAN İLGİNÇ AÇIKLAMA

AVUKATTAN İLGİNÇ AÇIKLAMA İstanbul Barosuna Bağlı Av. Gülsün Doygun tarafından İNFİAL YARATAN CİNSEL İSTİSMAR OLAYI…

2 saat ago

“Finlandiya Tatarları” kitabının təqdimat mərasimi keçirilib

“Finlandiya Tatarları” kitabının təqdimat mərasimi keçirilib 2024 “Finlandiya Tatarları” kitabının təqdimat mərasimi keçirilib   “Finlandiya…

3 saat ago

Birleşmiş Milletler Orta Asya Ekonomileri Özel Programı Koordinasyon Toplantısı

Birleşmiş Milletler Orta Asya Ekonomileri Özel Programı Koordinasyon Toplantısı .2024 Öncesi Sonraki   Coordination meeting…

4 saat ago

Könüllülər diaspor nümayəndələri ilə görüşüb

Könüllülər diaspor nümayəndələri ilə görüşüb , 2024 Könüllülər diaspor nümayəndələri ilə görüşüb     Könüllülər…

6 saat ago

Cumhurbaşkanı Ersin Tatar Avustralya’ya vardı

Cumhurbaşkanı Ersin Tatar Avustralya’ya vardı 2024 Cumhurbaşkanı Ersin Tatar’a havalimanında coşkulu karşılama   Cumhurbaşkanı @ErsinrTatar…

7 saat ago