Categories: BugünGÜNDEM

İtaliyadakı icmamız Heydər Əliyevin anım tədbirinə qatılıb

 

 

 

İtaliyadakı icmamız Heydər Əliyevin anım tədbirinə qatılıb

2022

İtaliyadakı icmamız Heydər Əliyevin anım tədbirinə qatılıb

İtaliyanın paytaxtı Romada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirak edib.

 

Tədbir xalqımızın ümummilli liderinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək böyük öndərin ölkəmizin müstəqilliyinin bərpa olunması, qurulması və inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən və həyata keçirdiyi strategiyadan bəhs edib. Azərbaycan-İtaliya münasibətlərinin inkişafında Heydər Əliyevin xüsusi rolunu xatırladıb və onun 1997-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Prezidenti kimi İtaliyaya səfərinin əhəmiyyətini vurğulayıb.

 

Qeyd edib ki, ümummilli liderin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində tarixi Zəfərə, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə nail olub. Hazırda Azərbaycan-İtaliya münasibətlərinin çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi nəzərə çatdırılıb.

 

Tədbirdə ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Kaynak:http://diaspor.gov.az/az/news-detail/italiyadaki-icmamiz-heyder-eliyevin-anim-tedbirine-qatilib-2057

 

 

 

zline

Recent Posts

Meeting with the Federal Minister of Foreign Affairs of Switzerland

Meeting with the Federal Minister of Foreign Affairs of Switzerland   .2024..jpg     https://x.com/MOFA_Tajikistan/status/1808201529851044318…

43 dakika ago

İsviçre Federal Dışişleri Bakanı ile görüşme

İsviçre Federal Dışişleri Bakanı ile görüşme .2024..jpg     https://x.com/MOFA_Tajikistan/status/1808201529851044318   1 Temmuz 2024 tarihinde…

3 saat ago

Budapeştdə ilk qısametrajlı ortaq türk filminin nümayişi olub

Budapeştdə ilk qısametrajlı ortaq türk filminin nümayişi olub 2024 Budapeştdə ilk qısametrajlı ortaq türk filminin…

4 saat ago

BAŞKAN AHMET AÇILAN TARAFINDAN TAYINI ÇIKAN VALİ YARDIMCILARI VE KAYMAKAM İÇİN VEDA YEMEĞİ

BAŞKAN AHMET AÇILAN TARAFINDAN TAYINI ÇIKAN VALİ YARDIMCILARI VE KAYMAKAM İÇİN VEDA YEMEĞİ Kilis Vali…

5 saat ago

Hossein Dadashzadeh, İranlı Genç Bir İşadamı Dr. Masoud Pezeşkianın Başkanlığını Tebrik Etti

Hossein Dadashzadeh, İranlı genç bir işadamı Dr. Masoud pezeşkianın başkanlığını tebrik etti. Hossein Dadashzadeh, İran…

6 saat ago

حسین داداش زاده تاجر جوان ایرانی,ریاست جمهوری آقای دکتر مسعود پزشکیان را تبریک گفت

حسین داداش زاده تاجر جوان ایرانی ریاست جمهوری آقای دکتر مسعود پزشکیان را تبریک گفت.…

7 saat ago