Categories: BugünSİYASET

Komitə əməkdaşları Özbəkistanda bir sıra görüşlər keçiriblər

Komitə əməkdaşları Özbəkistanda bir sıra görüşlər keçiriblər

2024

Komitə əməkdaşları Özbəkistanda bir sıra görüşlər keçiriblər

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov və şöbə müdirinin müavini Şəfəq Binnətovanın Özbəkistana səfəri çərçivəsində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin beynəlxalq işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Nozliya Normurodova ilə görüş keçirilib.

Görüşdə universitetin tarixi barədə məlumat verilib, Azərbaycan dilinin tədrisi və tələbələrin bu dilin öyrənilməsinə marağı, eyni zamanda özbək və Azərbaycan dillərinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Universitetlə birgə həyata keçirilə biləcək və Azərbaycan-Özbəkistan dostluğuna xidmət edəcək layihələrin Komitə tərəfindən dəstəklənməsinin mümkünlüyü qeyd olunub.

Daha sonra universitetin M.Füzuli adına “Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi”nin rəhbəri, filologiya elmləri doktoru, professor Gülbahor Aşurovanın iştirakı ilə orada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Tələbələrin təklifləri dinlənilib, Komitənin fəaliyyəti və cari ildə Laçın rayonunda keçiriləcək Diaspor Gənclərinin V Yay Düşərgəsi haqqında məlumat verilib.

Söhbət zamanı İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyi və bu sırada Özbəkistanla münasibətlərin önəmli yer tutduğu vurğulanıb. Bildirilib ki, Özbəkistan hər zaman Azərbaycanın bölgədə həyata keçirdiyi sülh siyasətini dəstəkləyən və ölkəmizin haqlı mövqeyini müdafiə edən qardaş ölkələrdəndir.

Daha sonra Komitə əməkdaşları universitetdə Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvü, şairə Xuraman Muradovanın “O”ZBEKİSTON HAM VATANIMDIR” adlı kitabının təqdimat mərasiminə qatılıblar. Tədbirdə Komitə əməkdaşları ilə yanaşı Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları və səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak ediblər.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-emekdaslari-ozbekistanda-bir-sira-gorusler-keciribler-4731

 

zline

Share
Published by
zline

Recent Posts

Dünya Bankası Temsilcisi ile Toplantı

Dünya Bankası Temsilcisi ile Toplantı.

9 dakika ago

Meeting with the UN Under-Secretary-General and Associate Administrator of the UNDP

Meeting with the UN Under-Secretary-General and Associate Administrator of the UNDP.

2 saat ago

BM Genel Sekreter Yardımcısı ve UNDP Başkan Yardımcısı ile Toplantı

BM Genel Sekreter Yardımcısı ve UNDP Başkan Yardımcısı ile Toplantı.

3 saat ago

Meeting with the UN Under-Secretary-General for Economic and Social Affairs

Meeting with the UN Under-Secretary-General for Economic and Social Affairs.

4 saat ago

BM Ekonomik ve Sosyal İşlerden Sorumlu Genel Sekreter Yardımcısı ile Toplantı

BM Ekonomik ve Sosyal İşlerden Sorumlu Genel Sekreter Yardımcısı ile Toplantı.

5 saat ago

Participation in a High-Level Side Event

Participation in a High-Level Side Event.

6 saat ago