Millət vəkili Məşhur Məmmədov,
“Davamlı əməkdaşlıq və qarşılıqlı etimad”, ÖZEL
Millet vekili Meşhur Memmedov,
1453 Kral Medya – 12 Kasım/ Türkiye
Türk Dünyası ölkələri arasında əməkdaşlıq ildən-ilə yüksək templə inkişaf edir və strateji sahələrdə dərinləşir. Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə Görüşündə Prezident İlham Əliyev bu əməkdaşlığın uğurlarını xüsusi vurğulayıb. Dövlət başçısının da qeyd etdiyi kimi, iqtisadi, ticari və nəqliyyat əlaqələrinin genişlənməsi, xüsusilə Şərq-Qərb Orta Dəhlizinin potensialının artırılması əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu dəhliz Mərkəzi Asiya ölkələrini Azərbaycan və Türkiyə üzərindən Avropa ilə birləşdirərək, regionda ticarət və logistik imkanları gücləndirir.
Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlərlə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Hərbi və təhlükəsizlik sahəsində də tərəfdaşlıq dərinləşir. Bu əməkdaşlıq, regiondakı sabitlik və təhlükəsizliyin təmin edilməsi baxımından önəmli rol oynayır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Türk dövlətləri birgə hərbi təlimlər keçirir, silahlı qüvvələrini mütəmadi olaraq inkişaf etdirirlər.
Türk Dövlətlərinin silahlı qüvvələri arasında ortaq hərbi təlimlər keçirilməsi, hərbi təhsil müəssisələrində kadrların hazırlanması qarşılıqlı etimadın göstəricisidir. Bundan əlavə, mədəniyyət, təhsil və iqlim dəyişiklikləri sahələrində də birgə layihələr icra olunur. Türk Dövlətləri arasında əlaqələr təkcə tarixi və mədəni bağlarla məhdudlaşmır, həm də müasir dövrün tələblərinə uyğun yeni sahələrdə möhkəmlənir. Bu, həm regional sabitliyə, həm də qlobal səviyyədə türk dünyasının nüfuzunun artmasına töhfə verir.
Cənab İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında qeyd etdiyi kimi bu, son iki ildə Qırğız Respublikasına onun üçüncü səfəridir. Hər səfərində Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi olduğunu deyən dövlətimizin başçısı əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edib.
Prezident İlham Əliyevin Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşündəki çıxışı Türk dünyası üçün mühüm mesajlar daşıyır. O, Azərbaycan ilə TDT ölkələri arasında əməkdaşlığın inkişafından, xüsusilə Naxçıvan Sazişinin 15-ci ildönümündə bu təşkilatın keçdiyi uğurlu yoldan bəhs edib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Hədəflər böyükdür, Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Bu dəstək, təşkilatın potensialını artırmaq məqsədini güdür.
Azərbaycan Prezidenti diqqəti azad edilmiş ərazilərdəki bərpa işlərinə və Böyük Qayıdış Proqramına çəkərək, bu prosesdə türk dövlətlərinin dəstəyini yüksək qiymətləndirib. Bundan əlavə, dövlətimizin başçısı iqlim dəyişikliyi məsələlərinə toxunaraq, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim konfransının əhəmiyyətini qeyd edib. Bu tədbir beynəlxalq ictimaiyyətin Azərbaycanın qlobal məsələlərdəki rolunu tanımasının göstəricisi kimi vurğulanıb.
Ötən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak edəcəklərinə əminliyini bildirib.
Dövlət başçısı Bişkekdəki çıxışında Türk dövlətlərinin Azərbaycanın yanında olduğunu vurğulayıb və bu dəstəyi sözdə deyil, əməldə göstərdiklərini qeyd edib. O, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələrə görə təşəkkürünü ifadə edib. Bu ölkələrin məktəblər, yaradıcılıq mərkəzləri və digər sosial obyektlər inşa etməsi, onların real dəstəyinin bariz nümunəsidir.
Cənab İlham Əliyev, həmçinin təşkilat üzvlərinin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini yüksək qiymətləndirib. Bu dəstək həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsinə imkan yaradır.
Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq yolunda Türk dövlətlərinin bu dəstəyi, həmrəylik və qardaşlıq münasibətlərinin əyani göstəricisidir.
Ülker PİRİYEVA/AZERBAYCAN
Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi
Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation
Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi
Tacikistan ile Almanya arasında siyasi istişareler
Political сonsultations between Tajikistan and Germany
Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor