Categories: BugünSİYASET

Nazir Ceyhun Bayramovun Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

No:023/24, Nazir Ceyhun Bayramovun Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşünə dair mətbuat məlumatı

 

 

19 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərakatının (QH) Dövlət və Hökumət Başçılarının Uqandanın Kampala şəhərində keçirilən Zirvə Görüşü çərçivəsində Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.

 

 

 

Görüşdə Azərbaycan və Hindistan arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.

 

 

 

Tərəflər iki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, turizm, mədəniyyət, təhsil, nəqliyyat və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərinin mövcud olduğunu, bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi üçün siyasi məsləhətləşmələrin və ikitərəfli iqtisafi komissiya mexanizminin əhəmiyyətini qeyd ediblər.

 

 

 

Son bir-neçə il ərzində artan siyasi təmasların münasibətlərə müsbət töhfə baxımından vacibliyi vurğulanıb.

 

 

 

Nazir Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə regionda cari vəziyyət, mövcud çağırışlar və imkanlar barədə məlumatlandırıb. Beynəlxalq ictimaiyyət tərəfindən sülh quruculuğu tədbirlərinin dəstəklənməsinin, Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam etdirilməsindən çəkindirilməsinin hər zamankından daha əhəmiyyətli olduğu vurğulanıb.

 

 

 

Nazirlər iki ölkə arasında münasibətlərdə çətinlik yaradan məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı şəkildə mövqeləri diqqətə çatdırıb, bu məsələlərin həlli istiqamətində dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no02324

 

 

 

 

 

zline

Recent Posts

The splendor of State independence in Qatar

The splendor of State independence in Qatar .2024 Previous Next https://x.com/MOFA_Tajikistan/status/1835992813101564263   On September 15,…

4 saat ago

Kanadanın Ontario əyalətinin psixi sağlamlıq və asılılıqlar üzrə nazir müavini Xankəndi və Şuşada olub

Kanadanın Ontario əyalətinin psixi sağlamlıq və asılılıqlar üzrə nazir müavini Xankəndi və Şuşada olub 2024…

6 saat ago

Katar’da Devlet Bağımsızlığının Görkemi

Katar’da Devlet Bağımsızlığının Görkemi .2024 Öncesi Sonraki   https://x.com/MOFA_Tajikistan/status/1835992813101564263   15 Eylül 2024 tarihinde Katar…

7 saat ago

Bişkekdəki Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi dərslərə davam edir

Bişkekdəki Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi dərslərə davam edir 2024   https://x.com/DiasporaAz/status/1836273051400343624   Bişkekdəki Azərbaycan…

8 saat ago

«Единая Россия» и МГЕР помогают пострадавшим от пожаров жителям ЛНР

«Единая Россия» и МГЕР помогают пострадавшим от пожаров жителям ЛНР 2024, Активисты «Молодой Гвардии Единой…

10 saat ago

Birleşik Rusya ve MGER, yangınlardan etkilenen LPR sakinlerine yardım ediyor

Birleşik Rusya ve MGER, yangınlardan etkilenen LPR sakinlerine yardım ediyor 2024 “Birleşik Rusya’nın Genç Muhafızları”…

12 saat ago