Categories: BugünSİYASET

No:079/23, Nazir Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığına dair mətbuat məlumatı

 

 

 

No:079/23, Nazir Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığına dair mətbuat məlumatı

16 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Telefon danışığı zamanı Türkiyə Respublikasında böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələ nəticəsində zərərçəkmiş əhalinin xilas olunması, humanitar yardım göstərilməsi istiqamətində aparılan əməliyyatların və işləri üzrə son vəziyyəti müzakirə edilib.

 

Baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı bir daha başsağlığı diləklərini çatdıran nazir Ceyhun Bayramov, zəlzələ nəticəsində xəsarət almış şəxslərə şəfa diləyib. Nazir Ceyhun Bayramov, Azərbaycanın hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanında olduğunu, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcəyini bildirib. Nazir Ceyhun Bayramov, qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.

 

Telefon danışığı zamanı, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu həmçinin zəlzələ bölgəsində son vəziyyət, xilasetmə əməliyyatlarının gedişatı barədə ətraflı məlumat verib.

 

Telefon danışığı zamanı, həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

kaynak:https://mfa.gov.az/az/news/no07923

 

 

zline

Recent Posts

“Birleşik Rusya”, “Çizim Zaferi” yarışmasının kazananlarını ödüllendirdi

“Birleşik Rusya”, “Çizim Zaferi” yarışmasının kazananlarını ödüllendirdi 2024 Partinin “Yeni Okul” projesinin desteğiyle 12. kez…

2 saat ago

Birleşik Rusya, Ekonomik Kalkınma Bakanlığı’ndan sanayideki personel sıkıntısının giderilmesi için yeterli önlemlerin alınmasını istedi

Birleşik Rusya, Ekonomik Kalkınma Bakanlığı’ndan sanayideki personel sıkıntısının giderilmesi için yeterli önlemlerin alınmasını istedi 2024…

3 saat ago

Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib 2024 Ankarada Ümummilli Lider…

4 saat ago

Birleşik Rusya, bakanlık pozisyonları için adayları destekledi

Birleşik Rusya, bakanlık pozisyonları için adayları destekledi 2024, Bunlar Mikhail Mişustin tarafından değerlendirilmek üzere Devlet…

5 saat ago

Birleşik Rusya’nın desteğiyle Stavropol Bölgesi’ndeki kırsal bir müzik okuluna yeni enstrümanlar bağışlandı

Birleşik Rusya’nın desteğiyle Stavropol Bölgesi’ndeki kırsal bir müzik okuluna yeni enstrümanlar bağışlandı 2024, “Küçük Anavatan…

6 saat ago

Cumhurbaşkanlığı himayesinde Türkiye Azerbaycan KKTC Parlamentolar Arası Dostluk Grubu başkanları ve heyetleri onuruna yemek düzenlendi

Cumhurbaşkanlığı himayesinde Türkiye Azerbaycan KKTC Parlamentolar Arası Dostluk Grubu başkanları ve heyetleri onuruna yemek düzenlendi…

16 saat ago