Nyu-Yorkda keçirilən “İpək Yolu–2023” beynəlxalq festivalı böyük maraq doğurub
, 2023
Nyu-Yorkda keçirilən “İpək Yolu–2023” beynəlxalq festivalı böyük maraq doğurub
ABŞ-ın Nyu-York şəhərində yerləşən “Okeana” Teatrında “İpək Yolu–2023” beynəlxalq festivalı keçirilib.
“My Way” (“Mənim Yolum”) Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan festival Nyu-York şəhər mədəniyyət departamenti, Nyu-York şəhər şurası qubernatorunun dəftərxanası və Nyu-York ştatı üzrə Qanunvericilik Məclisinin birgə tərəfdaşlığı ilə gerçəkləşdirilib.
Qonaqlar arasında Nyu-York şəhər meri Erik Adams, Şəhər Şurasının üzvü Ari Kaqan və digər rəsmi şəxslər olub.
Festivalda çıxış edən 52 yaradıcı kollektiv böyük məharətlə Azərbaycan, yəhudi, hind, gürcü, Afrika rəqslərini, dünya xalqlarının mahnılarını və musiqilərini təqdim ediblər.
“My Way” mərkəzinin yetirmələrinin ifasında “Ağ çiçək”, “Zaqatala” rəqsləri nümayiş etdirilib, tarzən Aqil Hüseynovun və qarmon ustası Əlihüseyn Cəfərovun ifalarında “Sarı gəlin” və “Yaşa, Azərbaycan” musiqi kompozisiyaları, Azərbaycandan gələn müğənni Ülviyyə Rəhimovanın ifasında xalq mahnıları səsləndirilib.
Tədbirin gedişində səhnədəki monitorda “My Way” mərkəzinin bədii rəhbəri, istedadlı pedaqoq, heykəltəraş və rəssam Emin Quliyevin şagirdlərinin “İpək yolu” rəsm sərgisi də nümayiş etdirilib.
3 saat davam edən konserti izləyən 1200 tamaşaçı artistlərin ifalarını maraqla və alqışlarla qarşılayıb.
Tədbirin sonunda festivalın təşkilatçısı – “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovaya və festivalın baş sponsoru Yeva Raxaminova fəxri fərmanlar, festival iştirakçılarına diplomlar təqdim edilib. Tədbir yerli mediada geniş işıqlandırılıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/nyu-yorkda-kecirilen-ipek-yolu-2023-beynelxalq-festivali-boyuk-maraq-dogurub-3075