Categories: BugünKÜLTÜR SANAT

Parisdə sülhə həsr olunmuş konsert təşkil edilib

 

 

 

 

Parisdə sülhə həsr olunmuş konsert təşkil edilib
, 2022

Parisdə sülhə həsr olunmuş konsert təşkil edilib

Fransanın paytaxtı Parisdə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın 270 illiyi və Azərbaycanın Zəfər Günü çərçivəsində sülhə həsr olunmuş konsert keçirilib.

 

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Fransa Parlamentinin üzvləri, ictimai-siyasi, elmi və mədəni çevrələrin nümayəndələri, diplomatik korpusun təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

 

Konsert öncəsi çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri, müvəqqəti işlər vəkili Nigar Huseynova və Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev xalqımızı möhtəşəm bayram münasibətilə təbrik ediblər. İki il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın 30 illik işğaldan azad edildiyini, bununla beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunduğunu bildiriblər. Bu il həm də Azərbaycan xalqı üçün böyük mənəvi dəyərə və rəmzi mənaya malik olan Şuşa şəhərinin 270 illiyi münasibətilə “Şuşa İli”nin elan olunduğu nəzərə çatdırılıb.

 

İşğal dövründə Azərbaycanın Qarabağ bölgəsindəki tarixi abidələrinin, mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti, 1 milyonadək azərbaycanlı qaçqın və məcburi köçkünün doğma yurdlarından, evlərindən məhrum olması haqqında məlumat verilib. Sülhə heç bir alternativin olmadığı, gələcək nəsillərə yadigar kimi davamlı sülhün bərqərar edilməsinin vacibliyi vurğulanıb.

 

Fransa Parlamentinin üzvü, deputat Andre Vilye uzun illər ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsini həll etmək öhdəliyi daşıyan Fransanın diplomatik səylərinin nəticə vermədiyini yada salıb. Azərbaycan torpaqlarının uzun müddət Ermənistanın işğalı altında qaldığını, ölkəmizin öz gücü ilə təkbaşına ərazi bütövlüyünü bərpa etdiyini xüsusilə vurğulayıb: “Biz bu gün bütün səylərimizi Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün səfərbər etməliyik”.

 

Konsertdə tanınmış müğənni, “O Səs Türkiyə” beynəlxalq müsabiqəsinin qalibi Elnur Hüseynov, beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu Etibar Əsədli, balaban və zurna ifaçısı Ələfsər Rəhimov çıxış ediblər. Azərbaycan sənətçilərini Samuel Fhima (kontrabas), Vənsan Tortiller (zərb alətləri) müşayiət ediblər.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/parisde-sulhe-hesr-olunmus-konsert-teskil-edilib-1900

 

 

zline

Recent Posts

Birleşik Rusya, Lipetsk bölgesi valisi seçimi için Igor Artamonov’u aday gösterdi

Birleşik Rusya, Lipetsk bölgesi valisi seçimi için Igor Artamonov’u aday gösterdi 2024 Bölgesel parti konferansına…

8 saat ago

Мемлекет басшысы БАҚ өкілдерін марапаттады

Жаңалықтар Ақорда Мемлекет басшысы БАҚ өкілдерін марапаттады 2024 жылғы     https://x.com/aqorda_press/status/1806269443003011368   28 маусым…

9 saat ago

Devlet başkanı medya temsilcilerini ödüllendirdi

Olaylar Akorda Devlet başkanı medya temsilcilerini ödüllendirdi 2024     https://x.com/aqorda_press/status/1806269443003011368     28 Haziran…

11 saat ago

Глава Кабардино-Балкарской Республики Казбек Коков возглавил список «Единой России» на выборах в республиканский парламент

Глава Кабардино-Балкарской Республики Казбек Коков возглавил список «Единой России» на выборах в республиканский парламент 2024,…

12 saat ago

AK PARTİ MARDİN İL BAŞKANLIĞI’NA SÜPRİZ ADAY H.VEYSİ TALAYHAN

AK PARTİ MARDİN İL BAŞKANLIĞI'NA SÜPRİZ ADAY H.VEYSİ TALAYHAN AK Parti Mardin İl Başkanı A.…

15 saat ago

В Туле «Молодая Гвардия Единой России» организовала урок мужества для студентов

В Туле «Молодая Гвардия Единой России» организовала урок мужества для студентов 2024, Активисты пригласили на…

15 saat ago