RUHUN BAXIŞLARI ALTINDA…

RUHUN BAXIŞLARI ALTINDA…

Salam əziz oxucu.
İstənilən fikri diqqətə təqdim etmək üçün ən azı ürəyində bir arzu, bir istək olmalıdır. Və sən də bu arzu və istəyin diktəsi ilə özünü toparlayıb, fikrini oxucuya çatdırmalısan. Bu dediklərimə söykənib, mən də bu yazı ilə sizlərlə həmsöhbət olmaq istədim.

Rejissor olaraq yeni bir işə start verdim. İşimin məzmunu həkimlərin etdiyi işləri çəkmək idi. Ümumilikdə etiraf etsəm, həyatımda baş verən hər bir hadisə xəyal kimi baş verib, nağıl kimi bir sehrə düşür bu həyatda sanki.

Baş verən hadisələr də elə mənim bu işə başlamağımla oldu. Həmin gün həkimimin bir klinikada əməliyyatı vardı və biz hazırlaşıb, həmin klinikaya getdik. Elə sizə danışmaq istədiyim hadisələr də burdan başladı.

O klinikaya ilk dəfə idi çəkilişə gedirdim. Mənim həkim məni ordakı həkim komandası ilə tanış etdi və orda bir həkim mənə çox doğma bir tərzdə yanaşdı. Mənimlə maraqlanmağa başladı. Xatırlayıram, ilk olaraq mənə bu sualı verdi :
“-Milliyətcə haralısız?”

İkinci sualı isə işlərim haqda idi. Onun çox şən biri olmağını, hətta və hətta çox emosional olması məndə ona qarşı xoş bir təəssürat oyatdı. Hamımız Cərrahiyyə geyimində idik və ağzımızda maska olduğundan onun ancaq gözlərini görə bilirdim. Maraqlı idi, görəsən bu həkimin siması necədir? O artıq xəstəyə narkoz verirdi, ona qəfildən yaxınlaşıb, maskanı üzündən aşağı endirməsini rica etdim.

-“Nədən?” deyə sual etdi.
-“Simanızı görmək istəmişdim” – cavabında mən utancaq bir səslə ona səsləndim. Və o maskanı aşağı endirib, mənə gülümsündü. Siması mənə çox maraqlı olan bu həkimə doğru baxmağa başladım. Dəqiq müəyyən endirim ki, onu bu dünyada haçansa gördüyüm, xəyal etdiyim və yaxud bu dünyada görməyi arzuladığım həmin o insan idi – RİZVAN DOKTOR…


Bizim klinikada əməliyyatımız bitdi, çəkilişləri edib, oranı tərk etdik. Hərdən əməliyyatlar olduğu zaman o klinikaya gedərdik. Və beləcə başladım Rizvan doktorun işlərin gizli gizli qısa videolarda çəkməyə. Sonra isə bir iki video ondan izin alıb, çəkmişdim. O videolarda narkoz haqqında danışırdı və mən də bacardığım qədər onu tələsik çəkilişlər edirdim. (çünki işimdən kənar qaçıb onu çəkiliş edirdim).

-“Necə də yaxşı insanlar var! Rizvan doktor necə də xeyirxah, necə də nəscibdir!” – deyərək, düşünərək kadrları çəkə çəkə həkimin hər danışığını, xəstələrlə hər incə nəvazişi hərəkətlərini müşayiət edirdim. Elə məni bu insana yaxınlaşdıran səbəb də onun insani duyğu hisslərinin olması idi. Ona çəkdiyim videoları ordakı işlərimdən gizli edirdim. Çünki bunu görən işlədiyim həkimdən dəfələrlə iradlar aldım buna görə.

Nədənsə bu qarışıq dünyada bizə yalnız aid olan şeylərdən yaza bilmirəm. Hər şey yaddan daha da yaddır. Rizvan doktor isə bir doğma həkim olmuşdu mənim gözümdə. Amma bu dünyada ƏDALƏTSİZLİK! ƏDALƏTSİZLİK!
Sözlərimin kulminasiyasında isə başıma gələnləri deyə bilmək bir cəsarət, dodaqlarım titrəyir, başım dönür. Bilirsənmi əziz həkim, məni sizə bir addım yaxınlaşdıran səbəblər “insanlıq” adında bir duyğu görməyim idi. Bəlkə də mən bunu real dünyamda heç zaman görməmişəm. Deyirəm axı xəyal dünyamın hər zaman kadrlarında olan məni bu həkimin insanlarla gözəl rəftarı sanki iki dünya arasında qalmağa vadar etdi. Paralel montaj – xəyal dünyası+real həyat=həqiqət doğrumu??
Rizvan doktorda gördüyüm insanlara bu qayğı, sevgi, diqqət, hörmət məni məndən etdi. Amma mən birdəfəlik o klinikadan ayrı düşdüm.


Təxminən iki həftədir ki, yuxusuzluqdan əziyyət çəkirəm, ümumiyyətlə mən bundan faciə düzəltmirəm, belə dövrlər gelib, gedir və pis insalar – kimlər ki, məni işimdən uzaqlaşmağa vadar etdilər – onlar üçün hər, zaman pislik etməyə lazım olduğundan daha çox səbəblər tapılır.


Sözümün sonluğu belə yekunlaşır. Üzərimə təzyiqlər etdilər, çünki, mən YAXŞLILIĞIN-XEYİRİN ŞƏR üzərindəki işığın kadrlarında işıqlandırmışdım. Amma bu işıq Şərin gözlərini kor etmişdi..
Rizvan doktor mənim kadrlarının həyata saçan bir işığı idi.


Və beləcə mən işi tərk etdim.
Miskin görünürəm bəlkə də bu yazı ilə sizlərə, fəqət, əgər onlar – qaranlıqdakılar qəlbimə boylana bilsəydilər, insan adlı bir duyğunu, insan olmaq anlayışını yenə də görə bilməyəcəklər.
İşıq tərk etdikdən sonra Rizvan doktoru görmək üçün həmin klinikaya qaçıb getdim. Amma ürək etmədim 1 mərtəbə yuxarı qalxıb onun mələk simasını görməyə və ordan taksiyə minib qaçıb getdim.
Əgər yer sağa furlanırsa, (bunun belə olduğunu bilmirəm) onda mən sola furlanmalıyam ki, Rizvan doktor kimi gözəl insanların yerini doldurum.

Və budur, mən yenidən bu gözəl qəlb sahibi həkimi görmək üçün yenə onun işlədiyi yerə getdim. Cəsarətimi toplayıb, ona zəng etdim, gəldi, onu gördüm.

Mənə o qədər təşəkkürlər etdi ki, onun üçün çəkmiş olduğum videolar üçün. Amma mən pis olurdum.
-“Axı Rizvan doktor, mən sizə təkkür etməyi belə qıymıram mənə deməyə”…
Sağollaşıb yenə ordan qaçdım. Düşünürəm, yaxşı insanlarla gözəl günləri sadəcə həyatdan silmək mümkün deyildir, həyatda yenidən onları yaşamaq imkanları həmişə mövcuddur.
Əziz oxucu, bəlkə də sizi yordum, bəlkə də oxuyub, yenə də təkrar oxuyacaqsınız bu yazımı, bunu bilmrem.
Sizə bu son misralarla sağ ol yox, hələlik deyirəm.

Qəlbən sevgilərimlə sizin Emelie…

Ey adamlar, bir arzum var, qoyun deyim, qoyun deyim
Sağlığında qiymət verin, sağlığında qiymət verin
İnsanlara, insanlara
Yaxşılara sağlığında yaxşı deyin, yaxşı deyin
Yaxşılara sağlığında yaxşı deyin, yaxşı deyin
Sağlığında yaman deyin yamanlara, yamanlara
Sağlığında yaman deyin yamanlara, yamanlara
Sağlığında heykəl qoyun, heykəl qoyun ölməzlərə
Sözünüzü sonralara saxlamayın, saxlamayın
Diri üçün iynə boyda hörməti mən, hörməti mən
Ölü üçün min heykələ, min heykələ dəyişmərəm…

Abdullah Yiğit

Recent Posts

Meeting of the Ambassador with the UAE Minister of State

Meeting of the Ambassador with the UAE Minister of State .2024..jpg   https://x.com/MOFA_Tajikistan/status/1836370748962742427   On…

1 saat ago

Büyükelçinin BAE Devlet Bakanı ile görüşmesi

Büyükelçinin BAE Devlet Bakanı ile görüşmesi .2024..jpg   https://x.com/MOFA_Tajikistan/status/1836370748962742427     17 Eylül 2024 tarihinde…

3 saat ago

Azərbaycanlı alimlərə medallar təqdim olunub

Azərbaycanlı alimlərə medallar təqdim olunub , 2024 Azərbaycanlı alimlərə medallar təqdim olunub   https://x.com/DiasporaAz/status/1836644001190973650 Diasporla…

5 saat ago

Pakistan Savunma Bakanlığı’nda Büyükelçi ile görüşme

Pakistan Savunma Bakanlığı’nda Büyükelçi ile görüşme 19.09.2024 Öncesi Sonraki https://x.com/MOFA_Tajikistan/status/1836647090362995090     18 Eylül 2024…

6 saat ago

SAY STOP TO ABUSE FROM ZAFER ILGIN, CHAIRMAN OF THE DISCIPLINARY COMMITTEE OF THE MENEMEN ATATURKIST THOUGHT ASSOCIATION!

SAY STOP TO ABUSE FROM ZAFER ILGIN, CHAIRMAN OF THE DISCIPLINARY COMMITTEE OF THE MENEMEN…

8 saat ago

SAY STOP TO ABUSE FROM ZAFER ILGIN, CHAIRMAN OF THE DISCIPLINARY COMMITTEE OF THE MENEMEN ATATURKIST THOUGHT ASSOCIATION!

SAY STOP TO ABUSE FROM ZAFER ILGIN, CHAIRMAN OF THE DISCIPLINARY COMMITTEE OF THE MENEMEN…

8 saat ago