Categories: BugünKÜLTÜR SANAT

Xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə telefon danışığına dair mətbuat məlumatı

 

 

 

 

No:039/23, Xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə telefon danışığına dair mətbuat məlumatı


27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramova zəng edən Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, Səfirliyimizin əməkdaşının bu xain terror aktı nəticəsində həyatını itirməsini dərin kədər hissi ilə qeyd edərək, öz başsağlığını çatdırıb.

 

Beynəlxalq hüquq normalarına zidd şəkildə diplomatik xidmət orqanlarına və onların əməkdaşlarına qarşı törədilən bu kimi xain hücumları qətiyyətlə pisləyən nazir Ceenbek Kulubayev, Qırğız Respublikasının Azərbaycan ilə həmrəyliyini, Səfirlik əməkdaşlarına qarşı bu terror aktlarının törədilməsinin qəbuledilməz olduğunu bildirib.

 

Nazir Ceyhun Bayramov başsağlığına və həmrəylik nümayişinə görə öz həmkarına təşəkkür edərək, Səfirliyimizin əməkdaşının həyatını itirməsinə səbəb olan bu qanlı əməlin günahkarlarının müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini əminliklə vurğulayıb.


Paylaş

 

BÜTÜN XƏBƏRLƏR

 

kaynak:https://mfa.gov.az/az/news/no03923

 

 

zline

Recent Posts

Dünya Bankası Temsilcisi ile Toplantı

Dünya Bankası Temsilcisi ile Toplantı.

12 dakika ago

Meeting with the UN Under-Secretary-General and Associate Administrator of the UNDP

Meeting with the UN Under-Secretary-General and Associate Administrator of the UNDP.

2 saat ago

BM Genel Sekreter Yardımcısı ve UNDP Başkan Yardımcısı ile Toplantı

BM Genel Sekreter Yardımcısı ve UNDP Başkan Yardımcısı ile Toplantı.

3 saat ago

Meeting with the UN Under-Secretary-General for Economic and Social Affairs

Meeting with the UN Under-Secretary-General for Economic and Social Affairs.

4 saat ago

BM Ekonomik ve Sosyal İşlerden Sorumlu Genel Sekreter Yardımcısı ile Toplantı

BM Ekonomik ve Sosyal İşlerden Sorumlu Genel Sekreter Yardımcısı ile Toplantı.

5 saat ago

Participation in a High-Level Side Event

Participation in a High-Level Side Event.

6 saat ago