Adana Mətbəxini Dünyaya Tanıdan 6-cı Beynəlxalq Adana Dad Festivalı Keçirildi
Adana Mətbəxini Dünyaya Tanıdan 6-cı Beynəlxalq Adana Dad Festivalı Keçirildi
“Keçmişdən Gələcəyə Miras: Mətbəx” mövzusunda keçirilən 6-cı Beynəlxalq Adana Dad Festivalı Seyhan çayı sahilindəki Mərkəz Parkında qonaqlarını qəbul etdi. İlk gündən böyük maraqla qarşılanan festivala adanalılarla yanaşı, Türkiyənin hər yerindən gələn qonaqlar qatılıb. Festivalda qurulan yüzlerce firma işletmelerinin stendləri qarşısında növbələr meydana gəlib.
9 Oktyabr Bazar günü saat 00.00-a qədər davam edən festival, Adananın bənzərsiz dadlarından tutmuş yox olmaq üzrə olan reseptlərə, qastrodiplomatiyadan yemək terifelerinin qısa məlumatlarıyla uzun bir səyahətə çıxdı.
Ənənəvi mətbəx zənginliyini əks etdirən və dünyanın bir çox yerindən gələn qonaqlara qapılarını açan 6-cı Beynəlxalq Adana Dad Festivalında manqal qoxuları ətrafı bürüyüb.
Gənclər və İdman Naziri Mehmet Məhərrəm Kasapoğlu, Adana valisi Süleyman Elban, Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar, millət vəkilləri, palata başçıları, yardımçı qurum və təşkilat rəhbərlərinin qatıldığı festivalın açılışında manqal atəşi yandırılıb.Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Adana aşpazı Türev Uludağ ilə birlikdə festivalın manqal atəşində daş kadayıf qızartdı.
Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu Milli Təhsil Nazirliyinin qastronomiya institutlarından birinin Adanada açılacağı xəbərini paylaşıb.
Mehmet Muharrem Kasapoğlu, Gənclər və İdman Naziri: “Adana çox özəl bir şəhərdir, sivilizasiyaların qovuşduğu yerdir. Səmimi insanları, qiymətli və bərəkətli torpaqları, sənayesi, istehsalı ilə xüsusi bir şəhərdir. Biz digər əyalətlərimizdə olduğu kimi bu şəhərin gəncləri və əhalisi üçün yeni xidmətləri bir araya gətirməye səy göstərməkdən çox məmnunuq.Nəqliyyat infrastrukturuna baxdığımızda Ankaradan 3 saata Adanaya gəlirik. Böyük magistral şəbəkəsi ilə Türkiyənin bütün bölgələri ilə əlaqəsi var. Türkiyənin ən müasir xəstəxanası Adanada yerləşir. Təhsil imkanları ilə yanaşı, 9 yataqxana ilə 11 min universitet tələbəsinə xidmət göstəririk”.
Adana valisi Süleyman Elban çıxışında mədəni müxtəlifliyin ən mühüm elementlərindən birinin yemək mədəniyyəti olduğunu bildirib və bu mühüm mədəniyyətin gələcək nəsillərə ötürülməsi lazım olduğunu vurğulayıb.
Festival ənənəvi mətbəxin zənginliyini əks etdirən kulinariya seminarları, qastro-şoular, müsahibələr, şəhərin aparıcı ləzzət brendlərinin hekayələri və üç gün ərzində rəngarəng səhnə təqdimatı ilə yüzlərlə insanı bir araya toplayıb.
6-cı Adana Ləzzət Festivalının Qala Gecəsi Açıq Bufeti ilə Diqqət Çəkdi
Adana Valiliyinin (icra hakimiyyeti) ev sahibliyi ilə Böyükşəhər Bələdiyyəsi və rayon bələdiyyələri, palatalar və qeyri-hökumət təşkilatlarının töhfələri ilə təşkil edilən 6-cı Beynəlxalq Adana Dad Festivalının qala gecəsi Adana Muzeyinin bağçasında keçirilib. 36 stenddə Adanaya xas 140 növ yeməklərin yer aldığı, sıra desertlər və meyvə ziyafətləri ilə rənglənən açıq bufet konseptli qala gecəsi böyük maraqla qarşılanıb.
Tədbirdə iştirak edən qonaqlar yerli dadları ilə məşhur olan yeməklərdən dadmaq üçün yarışıblar. Qonaqlar şəhərin ən məşhur yeməyi olan şirdan dolmasını dadmaq üçün növbəyə durublar.
Qala gecəsinə qatılan Adana valisi Süleyman Elban, çıxışında ləzzət festivalının Adanada əslində 365 gün davam etdiyini, lakin Adananın xaricində olan insanların da bu ləzzətlərdən faydalana bilməsi üçün 3 gün festival keçirdiklərini söyləyib.
Süleyman Elban, “Əvvəlki il sıfır tullantı hədəfləyən yeganə festival idi, bu il sıfır karbon izi hədəfləyən bir festival olduq. Ümid edirəm ki, bir çox bölgədən gələn qonaqlarımızla çox fərqli bir festival yaşayacaqsınız. Bu festivalın 3-cü günündən sonra yeni il üçün festival hazırlıqlarına başlayırıq. Biz dərhal hər bir məsələ ilə bağlı çox detaylı araşdırmaya başlayırıq.”
Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar da festivalın əsas mövzusu olan “Keçmişdən Gələcəyə Miras: Mətbəx” olduğunu vurğulayaraq, Adanada bir çox tayfanın yaşadığını və bizə öz əhəmiyyətli zövqlərini, tarifələrini qoyub getdiyini söyləyib.
Zeydan Karalar, “Əcdadlarımız irsimizi bu günə qədər daşıyıb. Bu cür gözəlliyi yalnız Adananın bilməsi və faydalanması həqiqətən ədalətsizlik olardı. Ona görə də bu gözəllikləri hər kəslə bölüşmək üçün onları Türkiyəyə və dünyaya tanıtmaq lazım idi. 6-cı dəfə keçirdiyimiz ləzzət festivalı məqsədlərimiz naminə təşkil etdiyimiz festivallardan sadəcə biridir. Qarşıda daha 3-4 festivalımız var. Hər festival Adananın marka dəyərinin artmasına böyük töhfə verir”.
Festival üçün Adanaya gələn Azərbaycan və Özbəkistan ölkələrinin mətbuat nümayəndələri, Dubaydan məşhur aşpaz Manal Alalem 6-cı Beynəlxalq Adana Dad Festivalının qala gecəsinə qatılıb.
Ulkar Gulmammadzada