Categories: BugünGÜNDEM

Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov rusiyalı rəqibi ilə qarşılaşacaq

 

 

 

 

Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov rusiyalı rəqibi ilə qarşılaşacaq

, 2023

Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov rusiyalı rəqibi ilə qarşılaşacaq

 

 

 

 

 

Noyabrın 11-də Nyu-Yorkda yerləşən məşhur Madison Square Garden (MSG) idman kompleksində keçiriləcək UFC-295 yarışında azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov da iştirak edəcək. Onun rəqibi rusiyalı döyüşçü Vyaçeslav Borşçev olacaq.

Döyüş ərəfəsində Nazim Sadıxov “The All Star” proqramının aparıcısı Con Hyon Ко-ya müsahibə verib. Müsahibə zamanı o, zəngin mədəniyyətə və qonaqpərvərliyə malik Azərbaycandan olduğunu, tarixi vətənində olarkən təlim-məşq təcrübəsindən, ölkəmizdəki istedadlı idmançılardan və UFC-295 yarışında iştirakından danışıb.

 

 

 

 

Qeyd edək ki, Borşçev qələbələrini Kalinka rəqsi ilə qeyd etməyi xoşlayır. Rəqibinin bu şakərinə Nazim Sadıxov belə münasibət bildirib: “Noyabrın 11-də biz “Kalinka” deyil, “Qaytağı”nı rəqs edəcəyik”.

Sadıxovun peşəkar MMA-da 9 qələbəsi, 1 məğlubiyyəti var. Vyaçeslav Borşçevin UFC-də 7 qələbəsi, 3 məğlubiyyəti var.

 

 

 

 

İdmançının atası Əzim Sadıxov bildirib ki, əfsanəvi MSG-də iştirak etmək oğlunun çoxdankı arzusudur və noyabrın 11-də ABŞ-da yaşayan bütün soydaşlarımızın döyüşçümüzə mənəvi dəstək göstərməsini istəyir: “Bu, nəhəng fürsətdir. Nazim Azərbaycanı təmsil edir. İnşallah, biz böyük qələbə qazanarıq”.

 

 

 

 

Nazim Sadıxov 6 yaşı olanda ailəsi Bakıdan ABŞ-ın ən böyük meqapolisi hesab olunan Nyu-York şəhərinə köçüb. Uşaq yaşlarından karate, daha sonra MMA ilə məşğul olmağa başlayıb. 16 avqust 2022-ci ildə UFC prezidentinin qarşısında yüngül çəkidə əfqan əsilli MMA döyüşçüsü Əhməd Həsənzadə ilə “Contender Series 2022” yarışmasında qarşılaşıb və kifayət qədər təsirli qalibiyyəti sayəsində UFC ilə müqavilə bağlayıb.

O, ABŞ-da qazandığı bütün qələbələrini tarixi vətəni olan Azərbaycana həsr edir və hər yarışın sonunda üçrəngli bayrağımızı dalğalandırır.

Nazim Sadıxovun müsahibəsini aşağıdakı linkdən izləmək mümkündür:

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-ufc-doyuscusu-nazim-sadixov-rusiyali-reqibi-ile-qarsilasacaq-3749

 

 

 

 

 

zline

Recent Posts

Devlet başkanı, Avrupa Adaletin Etkinliği Komisyonu (CEPEJ) Başkanı Francesco Depasquale’yi kabul etti

Devlet başkanı, Avrupa Adaletin Etkinliği Komisyonu (CEPEJ) Başkanı Francesco Depasquale'yi kabul etti.

1 saat ago

Başkan öğretmenleri mesleki tatillerinden dolayı tebrik etti

Başkan öğretmenleri mesleki tatillerinden dolayı tebrik etti.

7 saat ago

Devlet başkanı Kazakistan Cumhuriyeti Hakimler IX Kongresine katıldı

Devlet başkanı Kazakistan Cumhuriyeti Hakimler IX Kongresine katıldı.

11 saat ago

Devlet başkanı, Uluslararası Mahkeme İdaresi Birliği (IACA) Başkanı Luis Palma’yı kabul etti

Devlet başkanı, Uluslararası Mahkeme İdaresi Birliği (IACA) Başkanı Luis Palma'yı kabul etti.

12 saat ago

Cumhurbaşkanı Ersin Tatar, ODTÜ Kuzey Kıbrıs Kampusu Rektörü ve beraberindeki heyet ile görüştü

Cumhurbaşkanı Ersin Tatar, ODTÜ Kuzey Kıbrıs Kampusu Rektörü ve beraberindeki heyet ile görüştü.

16 saat ago

В Тверской области активисты «Единой России» поздравили воспитателей и учителей с профессиональным праздником

В Тверской области активисты «Единой России» поздравили воспитателей и учителей с профессиональным праздником.

21 saat ago